16:05 14.01.2021 78

Cavanşir Qurbanov: "Qazilər üçün yeni idman klubları yaradılsa..."

Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri Cavanşir Qurbanov "Olimpiya dünyası" qəzetinin qonağı olub.

Fanat.Az xəbər verir ki, uzun illər Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan qocaman mütəxəssis öz fikir və təkliflərini bölüşüb:

"Yola saldığımız il Azərbaycan tarixində böyük və şərəfli tarix kimi yadda qalacaq. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz böyük qəhrəmanlıq göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 28 ildən sonra əzəli və qədim Qarabağımız öz azadlığına qovuşdu. Müharibə hər zaman amansız olub. Vətən uğrunda döyüşlərdə neçə-neçə Azərbaycan övladı canından və qanından keçərək, vətəni mənfur düşməndən azad etməyə müvəffəq oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hər Azərbaycan övladının ruhu qarşısında baş əyirik. Onları böyüdüb, boya-başa çatdıran valideynlərin əllərindən öpürük. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı məğrur və vətəni canından çox sevəndir. Bütün dünya bunun şahidi oldu. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Prezidentinin Sərəncamından sonra minlərlə azərbaycanlı Ordu sıralarına yollandı. Onların hər biri döyüşlərdə böyük ruh yüksəkliyi ilə vuruşdular. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycan Ordusu Qarabağı illərdən sonra düşmən əsarətindən azad edib".

C.Qurbanov bildirib ki, müharibədə öz sağlamlığını itirən qazilərimizə bu gün daha çox diqqət yetirilir:

"Müharibənin amansızlığı özünü göstərdi. Vətən müharibəsində zabit və əsgərlərimiz şəhidlik zirvəsinə yüksəldilər. Bununla yanaşı xeyli yaralı qazilərimiz oldu. Onlar vətənin azadlığı üçün sağlamlığını qurban verdilər. Fiziki və mənəvi cəhətdən güclü olan Azərbaycan gənci bizim fəxrimizdir. Biz onları daim diqqətdə saxlamalıyıq. Qazilərimiz hiss etməlidir ki, Azərbaycan onlarla qürur duyur, onlardan qayğısını əsirgəmir. Bu gün müharibədən tərxis olan qazilərimizə dəstək olmalıyıq. Onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra işlər görməliyik. Qazilər üçün yeni idman klubları yaradılsa, yaxşı olardı. Orada idmanla yanaşı digər sahələrdə istedadı olan gənclərimizə də imkan yaradıla bilər. Bunun üçün ölkənin hər bir yerində infrastruktur formalaşıb. Olimpiya idman komplekslərində bu işin həyata keçməsi üçün mövcud şərait yaradılıb. Bundan başqa, şəhid ailələrində böyüyən övladlar ödənişsiz idmanla məşğul olmaları da, məqsədəuyğundur. Axı onlar gələcəyin əsgərləridir. Bu müharibə bir daha sübut etdi ki, gənc nəsil fiziki və mənəvi cəhətdən sağlam və vətənpərvər ruhda yetişib. Bu və ya digər məsələlərə də həssaslıqla yanaşmaq lazımdır. Bu işdə əlaqədar qurumlar xüsusi fəallıq göstərməlidirlər. Mən öz növbəmdə Yasamal rayon Ağsaqqalar şurasının sədri kimi, bu işdə öz qüvvə və bacarığımı əsirgəməyəcəm. Hesab edirəm ki, bu nəcib təklif tezliklə bəyəniləcək və öz bəhrəsini verəcək".
 


İşğaldan azad olunan topaqlarımızda quruculuq işlərindən də danışan Cavanşir müəllim bildirib ki, həmin ərazilərdə idman yeni dövrünə qədəm qoyacaq. Ermənilər tərəfindən dağıdılan idman qurğuları yenidən bərpa edilərək, idmansevərlərin ixtiyarına veriləcək: 

"Torpaqlarımız uzun illərdən sonra azadlığına qovuşdu. Qarabağda yeni dövr başlayır.  İllərdən bəri doğma vətən həsrətilə yaşayan həmin torpaqların əsil sakinləri yaxın müddətdə yurd-yuvasına qayıdacaq. Həmin ərazilərdə yenidən canlanma hökm sürəcək. Hər bir sahədə yeni işlər görüləcək. İdman da Qarabağa qayıdacaq. Həmin rayon və şəhərlərdə yeni idman qurğuları inşa olunacaq. Qarabağlı idmançılarır sayı da artacaq.  Biz idman xadimləri və mütəxəssisləri də buna tam əminik".
Oxşar xəbərlər

Xəbər lenti

26 Yanvar 2021
13:34

Futbolçu vəhşicəsinə qətlə yetirildi: 19 nəfəri yandırdılar

13:10

"Zirə"dən 10-cu qələbə, 25-ci qol

11:59

Azərbaycan Kuboku: 2609 gündən sonra...

11:37

"Kəpəz"ə qələbə qazandıran qol tarixə düşdü

11:30

"Səbail" ilkə imza atdı

11:23

“Barselona”nın borcu açıqlandı - Fantastik rəqəm

11:06

Kapitanın meyiti tapıldı

10:58

Rusiyalı məşqçi: "Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi"

10:27

10 ilin rəmzi komandası açıqlandı: Kimlər var?

09:45

Mahir Emreli şəhid azarkeşə etdiyi jestdən danışdı

09:24

"Trabzonspor"da ayrılıq

09:03

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:46

Dünya Kuboku təxirə salındı

00:31

"Qalatasaray" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

00:03

Skolari baş məşqçi postunu tərk etdi

25 Yanvar 2021
22:49

"Maşınsazi" yenə uduzdu

22:00

Türkiyə Superliqası: "Fənər" darmadağınla qazandı

19:45

"Kəpəz"ə uduzmaq faciə deyil" - Visente Qomes

19:44

Rəşad Sadıqov qələbəni şərh etdi - VİDEO

19:15

"Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" - Yaşar Vahabzadə

19:00

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

18:55

Azərbaycan Kubokunda sürpriz: "Kəpəz" 1/4 finalda

18:19

"Qəbələ" Tovuzdan qələbə ilə dönür - VİDEO

18:01

İngiltərə klubunun hücumçusu "Qalatasaray"da - RƏSMİ

17:18

Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı

16:56

"Qəbələ"nin baş məşqçisi: "Rəqib bizə çətin anlar yaşatdı"

16:37

Yığma komandalarımızın test nəticələri açıqlandı

16:12

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

15:50

"Çelsi"dən Lempardla bağlı qərar - RƏSMİ

15:32

Mahir Emreli: "Polşa klubunun təklifi gülməli idi"

14:33

"Çelsi" Lempardla vidalaşır?

14:25

Həbib futbolçu olmaq istəyir - VİDEO

13:44

Yunis Hüseynov: “Yalan danışıb, ona belə söz deməmişəm”

13:18

Azərbaycanlı olimpiya çempionuna ömürlük cəza

12:52

Millimizin heyəti açıqlandı

12:27

İtaliya klubu baş məşqçisi ilə müqaviləni yenilədi

12:01

Sənan Qurbanov: "Qəbələ"də titul qazandımsa, "Keşlə"də bunu niyə etməyim?"

11:34

"Keşlə"nin yeni baş məşqçisi açıqlandı

11:13

"Qarabağ" rəsmisi: "Neftçi"nin liderliyi bizə motivasiya olmalıdır"

10:58

Günün oyunlarına necə baxaq? - AFİŞA

10:32

Alman klubu baş məşqçisini istefaya göndərdi

10:03

Super Liqada ilginc hadisə: Avtoqola imza atdı, komandadan ayrıldı

09:47

Yunanıstanın yığmamızla oyun üçün heyəti

09:29

Millimizin hücumçusu: "Məqsədimiz final mərhələsinə yüksəlməkdir"

08:55

"Neftçi"dən ayrılan hücumçu Əlcəzair klubunda

00:19

Noyer Kanın rekordunu qırdı

24 Yanvar 2021
22:00

Superliqa: Lider evdə, "Qalatasaray" səfərdə qazandı

20:34

"Qalatasaray"dan tək qolluq qələbə - VİDEO

20:04

"Neftçi"nin legioneri: "Azarkeşsiz futbol çətin və darıxdırıcıdı"

19:43

Mesut Özil rəsmən "Fənərbağça"da

18:52

Təyyarə qəzaya uğradı: Klub prezidenti və futbolçular həlak oldu - FOTO

17:37

Aftandil Hacıyev: "Rəqib sonadək bizə çətin anlar yaşatdı"

17:29

Azərbaycan millisinə "Beşiktaş"dan futbolçu çağırıldı

17:11

"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı

17:01

Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşdi

15:06

Həbib Makqreqoru bu paylaşımla ələ saldı - FOTO

14:04

Millimizə 27 futbolçu çağırıldı

12:58

Yunis Hüseynov istefa verdi

12:22

Məşhur modeldən ulduz futbolçu ilə bağlı ŞOK ETİRAFLAR

12:04

Kriştianu Ronaldu 12,3 milyonluq təklifi rədd etdi

11:50

Azərbaycan Kubokunda daha 3 oyuna hakim təyinatları açıqlandı

11:21

Ekrem İmamoğlu "Qalatasaray"a jest etdi, "Fənərbağça"lıların hədəfinə çevirildi

10:25

Dastin Porye Konor Makqreqoru nokauta saldı - VİDEO

01:50

Halk Deku ilə gücünü belə sınadı - FOTO

01:20

PSJ-nin qapıçısı qarət olundu

01:18

Fernandes "Başakşəhər"də - RƏSMİ

00:13

"Fənərbağça" İngiltərə klubundan yarımmüdafiəçi aldı - RƏSMİ

23 Yanvar 2021
23:45

Almaniya Bundesliqası: "Laypsiq" uduzdu, "Ayntraxt"la "Verder" şou göstərdi

22:16

Superliqa: "Trabzonspor" səfərdə sevindi, "Başakşəhər" isə...

22:06

"Traktor" səfərdə qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.