Devid Bekhemə məxsus MLS klubu - "İnter Mayami" yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, dünən istefaya göndərilən Dieqo Alonsonun postu İngiltərə millisinin sabiq müdafiəçisi Fil Nevillə tapşırılıb.
"İnter Mayami"nin "Twitter" hesabında yeni baş məşqçisini təqdim edib: "İnter Mayami"yə xoş gəldin, Fil Nevil! İngiltərə millisinin sabiq çalışdırıcısı klub tarixinin ikinci baş məşqçisi təyin olunub".
Nevill İngiltərənin qadınlardan ibarət yığmasına Avropa çempionatında rəhbərlik etmək istəyində idi. Lakin qitə birinciliyi 2022-ci ilə təxirə salındığından mütəxəssis vəzifəsindən getməyə qərar verdi.
Fanat.Az