14:11 11.04.2020 6898

Baş nazir olimpiya çempionumuza vəzifə verdi - SƏRƏNCAM

Baş nazir Əli Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Fanat.Az xəbər verir ki, sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun 7 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Şuraya 
olimpiya çempionumuz, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zemfira Meftahəddinovanın da adı daxil edilib.

Sərəncamda deyilir:

Koronavirus (COVID-19) epidemiyasının dünyada sürətlə yayılmasını nəzərə alaraq, bu infeksiyanın Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Koronavirusla Mübarizəyə Dəstək Fondu”da toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun (bundan sonra - Fond) İctimai Nəzarət Şurası (bundan sonra - Şura) yaradılsın:

Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru

Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri

Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.

2.Şuranın iclasları üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

3.Şura müvafiq dövlət orqanlarından (qurumlarından) və dövlətə məxsus olan hüquqi şəxslərdən (bundan sonra – satınalan təşkilat) Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətləri üzrə daxil olan sifarişləri 2 (iki) iş günü ərzində təsdiq edir və buna dair müvafiq Protokolu satınalan təşkilata göndərir.

4.Satınalan təşkilat bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulan Qaydanın tələblərinə və Şuranın təsdiq etdiyi sifarişlərə uyğun olaraq, satınalma müqavilələri əsasında "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə riayət etməklə bir mənbədən satınalma metodundan istifadə edərək satınalmanı həyata keçirir.

5.Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə "http://covid19fund.gov.az/az/” saytında məlumat dərc etdirir.

6.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

19 Sentyabr 2020
10:47

"Qəbələ"dən Polşa klubuna keçid

10:31

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

10:12

"Neftçi" - "Qəbələ" oyununun "Dalğa Arena"da keçirilmə səbəbi

09:53

"Qəbələ" "Keşlə"yə, "Sumqayıt" "Sabah"a qarşı - YENİLƏNİR

09:37

"Qarabağ"ın oyununun vaxtı açıqlandı

09:16

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Cazibədar taekvondoçu Hollivuddan təklif aldı - FOTOLAR

00:23

"Fənər" braziliyalı oyunçusunu satdı - RƏSMİ

00:10

Kamranın komandasına divan tutdular

00:01

Türk futbolçu İtaliya klubunda - RƏSMİ

18 Sentyabr 2020
22:23

Asim Xudiyev Avroliqa matçına təyinat aldı

21:20

Nağıyev darmadağına sevindi

21:03

"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

19:39

İquayn ABŞ klubunda - RƏSMİ

17:53

"Zirə"nin fəxri prezidenti: “Hədəfimizə doğru səbrlə irəliləyəcəyik”

17:22

"Başakşəhər"in futbolçusu "Neftçi"də

17:21

Azərbaycan Premyer Liqası: IV turun oyun proqramı

16:54

Amil Yunanov yeni klubda

16:27

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

16:03

Elxan Məmmədov səfir ilə görüşdü

15:43

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

15:10

Cavid İmamverdiyev keçmiş klubuna qayıtdı

14:42

"Neftçi"yə qol vuran futbolçu: "Çox xoşbəxtəm"

13:52

"Keşlə" Cavid İmamverdiyevlə bağlı qərar verdi

13:38

AMADA-dan idmançılar üçün seminar

13:19

Təxirə salınan oyun keçirildi

12:51

Günün oyunları bu kanallarda - AFİŞA

12:33

Hakan Şükür "Neftçi" - "Qalatasaray" qarşılaşmasını belə şərh etdi - VİDEO

12:14

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

11:43

"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

11:29

Millimizin futbolçusu: "Özümü çox yaxşı hiss edirəm"

11:01

UEFA reytinqində yenə gerilədik

10:44

Avropa Liqası: "Qarabağ"ın qarşılaşa biləcəyi komandalar açıqlandı

10:31

Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”

10:24

Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

10:08

"Səbail" sponsoru ilə yeni müqavilə bağladı

01:42

Avropa Liqası: 42 oyun keçirildi, 1-i dayandırıldı

00:01

"Neftçi" "Qalatasaray"a belə uduzdu - VİDEO

17 Sentyabr 2020
23:25

Fatih Terim: "Neftçi"yə yenilmək sürpriz olardı"

23:02

Füzuli Məmmədov: "Uşaq səhvlərindən uduzduq"

22:22

"Roma" Albaniya millisinin üzvünü aldı - RƏSMİ

21:25

"Neftçi" "Qalatasaray"a yenildi - YENİLƏNİB

17:47

"Mölde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu

17:20

Teymur Rəcəbov onlayn şahmat akademiyası açdı

16:51

Şok iddia: “AFFA müəlliflər hüququnu pozub”

16:17

"Zirə"də ayrılıq

15:45

Çempionlar Liqası: Pley-offun vaxtı açıqlandı

15:22

Qurban Qurbanovla 3-cü dəfə...

14:56

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

14:39

"Zirə" - "Sabah": 8-ci duel

14:16

Qara Qarayev: "Qarabağ"a qarşı qərəz hiss olunur"

13:48

Olimpiya Mərkəzində təmir işləri aparılır

13:15

Millimiz reytinqdə irəlilədi

12:58

"Qarabağ" Avroliqada bu klublardan biri ilə qarşılaşacaq - SİYAHI

12:40

"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı

12:19

"Penalti vuranları Qurban Qurbanov müəyyənləşdirirdi" - Mahir Emreli

12:02

"Neftçi" və "Qalatasaray" rəhbərliyi arasında görüş oldu - FOTO

10:31

"Qalatasaray"ın vitse-prezidenti: "Mərhələni keçərək Türkiyəyə qayıdacaq"

10:07

Bədavi Hüseynov: "Karyeramda ilk dəfə penalti vururdum"

09:45

"Bu məğlubiyyətin təsiri qısa vaxtda getməyəcək" - Qurban Qurbanov

09:31

Qəbələdə Polad Həşimovun adını daşıyan klub yaradıldı

08:02

Millimizin hücumçusu əməliyyat olundu

00:27

ÇL: "Omoniya" və "Makkabi" pley-offda

16 Sentyabr 2020
23:49

"Qarabağ" Çempionlar Liqasını tərk etdi

19:29

Füzuli Məmmədov: "Qələbə şansımızdan yararlanmağa çalışacağıq"

19:21

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

17:51

Avropa Liqası: II təsnifat mərhələsi başlayır

17:44

Çempionlar Liqası: Daha 5 "pley-off"çu müəyyənləşir

17:32

Avropa Oyunlarının proqramında yeni idman növləri

17:02

İttifaq binası qarşısında atışma

Facebookdan bizi izləməyi unutmayın.