"Barselona" müqaviləsinin uzadılması ilə bağlı Mark-Andre ter Şteqenlə danışıqlar aparır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər. Həm "Barselona"nın, həm də ter Şteqenin əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu bildirilir. Lakin məvacib məsələsindəki fikir ayrılığı indilik müqavilənin yenilənməsinə əngəl törədir.
28 yaşlı qolkiperin illik 10 milyon avro maaş tələb etdiyi, katalon klubunun isə 6,3 milyon avro ödəməyə hazır olduğu bildirilir. Mənbəyə görə, bu problem yaxın günlərdə aradan qalxa bilər.
Qeyd edək ki, ter Şteqen "Çelsi" və "Bavariya"dan təklif alıb.
Fanat.Az