16:11 23.02.2021 369

Banişevskinin nəvələrinin köməyə ehtiyacı var

"Əvvəllər onu "Tolik" adlandırardıq, indi isə belə ad hörmətli sayılmaz. Bu gün Anatoli Andreyeviçin anadan olmasından 75 il ötür. Artıq 23 ildir bizimlə birgə olmasa da, insanların onu xatırlamaları mənə çox xoşdur".

Bu fikirləri "Report"a açıqlamasında Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya deyib.

Xanımı A.Banişevskinin xatirəsinin ildən-ilə daha da möhkəmləndiyini bildirib. "Baxmayaraq ki, veteranlar da, onu yaxından tanıyanlar da az qalıb. Lakin insanlarla danışanda elə təəssürat yaranır ki, sanki hamı şəxsən tanıyır. Təkcə meydanda deyil, meydandan kənarda da bax, belə insan olub! Ona üz tutanların, şəxsən tanıyıb-tanımamasından asılı olmayaraq, hamısına kömək edib. Buna görə də, şəhərdə hər kəs Banişevskini özlərinə yaxın adam hesab edirlər. Əlbəttə, bu, çox xoşdur. O, həqiqətən də vətənpərvər idi. Bildiyim qədər onu dəvət aldığı Mosvka və Kiyev "Dinamo"sunda, MOİK-də oynamaq cəlb etmirdi. Özü sözsüz ki, yalnız burada oynamaq istəyirdi. Hətta "Neftçi"nin güclülər dəstəsində oynamadığı dövrdə belə. Onun üçün doğma şəhərində çıxış etmək əsas məsələ idi. Hətta SSRI yığmasına dəvət alması da ona öz şəhərində, öz insanları arasında olmaqdan önəmli deyildi".

İ.Banişevskaya A.Banişevski ilə bağlı xatirələrini də bölüşüb: "Əlbəttə, onun yoxluğu bizim üçün böyük itkidir. 4 nəvəmiz var, artıq onlar böyüyüblər. Biri onsuz dünyaya gəlib. Böyük nəvəsini çox sevirdi. Bilirik ki, valideynlərin qızlara daha titrək münasibəti olur. İl yarım və 1 yaşında olan oğlan nəvələrini də gördü, əlinə götürdü. Oğlan uşaqları da görmək onun arzusu idi. Nəvələrindən biri olan Əli Anatoli Andreyeviçin ənənələrini davam etdirir. Düzdür, o, Kiyevdə aşağı liqa komandalarının birində çıxış edir. Artıq orada ailə qurub, evlənib və yenə Banişevski soyadını daşıyır. Digər nəvəmiz idman sahəsində deyil, amma çox yaxşı oğlandır və bizimlə birlikdədir. Bu gün Anatoli Banişevskini ziyarət edəndə də birgə idik. Şübhəsiz ki, bizim üçün onun yeri çox görünür. O, hamıya kimliyindən asılı olmayaraq, kömək edirdi. Amma belə görünür ki, özününkülərə də kömək lazımdır. Özüm kömək xahiş edə bilmərəm. Mənim kömək istəməyim uyğun olmaz. Amma nəvələri belə babası ola-ola, dəstəyə ehtiyac duyurlar. İstənilən halda Allah özü kömək edir. Allaha şükür, bizdə hər şey yaxşıdır".

Həyat yoldaşı deyib ki, nəvəsi Əli Banişevski də onun davamçısı olmaq istəyir: "Təbii ki, babası kimi deyil, amma demək olar ki, topla doğulub. Yalnız o, futbol oynamaq istəyir. Kiyevdə olarkən də futbol oynamağı çox istəyir. İndi ailəli olduğu vaxt özünə demişəm ki, bəlkə digər sahəyə keçəsən. Hər halda ailəni də dolandırmaq lazımdır. Lakin özünü futbolsuz təsəvvür etmir. Uşaqlıqdan daim topla oynayıb. İndi də babasının ənənəsini davam etdirmək niyyətindədir. Çünki genlərində var".

Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski "ağ-qaralar”ın heyətində (1964 - 1973, 1975 - 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi”ni mərhum forvardı "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984 - 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl "Şöhrət" ordeni ilə təltif olunub.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2021
19:12

TFF başqanı: “Azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq”

17:57

Böyük Britaniyada Avropa Superliqasının oyunları qadağan ediləcək

17:52

FİFA prezidenti: "UEFA-nı tam dəstəkləyirik"

17:37

İngiltərə klubları geri addım atdı: Avropa Super Liqasından çıxırlar

17:15

Avropa çempionatı: Güləşçimiz yarımfinalda

17:02

"Neftçi" qələbə qazanıb vahid lider oldu

16:56

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub - FOTOLAR

16:37

Gimnastlarımızdan uğursuz çıxış

16:18

"Keşlə" rəsmisinin ailəsində ağır itki

15:54

UEFA İcraiyyə Komitəsinə türk seçildi

15:27

Rəşad Əhmədov Sumqayıta göndərilir

15:11

Təxirə salınmış oyunun təyinatları açıqlandı

14:46

Avropa çempionatı: Final mərhələsi İspaniyada təşkil olunacaq

14:17

AÇ: Güləşçimiz medal görüşünə çıxacaq

13:59

PSJ Çempionlar Liqasının qalibi elan oluna bilər

13:36

Azərbaycanlı olimpiya çempionu vəfat etdi

13:09

Rövnəq Abdullayev və Elxan Məmmədov UEFA-nın konqresində

12:49

Hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

12:20

AFFA-dan Superliqa açıqlaması: "Separatçılığı qınayırıq"

11:54

Honda Afrikadakı layihələrə investisiya qoyacaq

11:31

UEFA prezidenti: "55 üzv ölkənin hamısı Superliqaya qarşı çıxdı"

11:03

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

Avropa Klublar Birliyinin yeni prezidenti bilindi

10:26

Türk klubunda yeni baş məşqçi

10:08

Avropa çempionatı: Daha dörd idmançımız mübarizəyə başlayır

09:47

Azərbaycan boksçusu DÇ-də erməniyə rəqib oldu

00:05

Araz Abdullayev qələbədə pay sahibi oldu

19 Aprel 2021
23:24

Orxanın komandası yarımfinala yüksəldi

21:15

AÇ: 3-ü yarımfinalda uduzdu, Bayramov finala çıxdı

19:33

Yığmamız uduzdu

18:15

Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

18:12

La Liqa Avropa Superliqasına qarşı sərt mövqe sərgilədi

17:52

Fanatları "Liverpul"u boykotla hədələdi - SƏBƏB

17:47

Xarici çempionatlarda çıxış edə biləcək futbolçularımız açıqlandı - SİYAHI

16:34

Azərbaycanda federasiya prezidenti vitse-prezidenti işdən çıxardı - Xəyanət ittihamı

16:27

Avropa çempionatı: Dörd güləşçimiz yarımfinalda, Zubairov uduzdu

16:06

"Qarabağ"ın qapıçısı: "Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub"

14:56

Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü

14:43

"Yuventus"un prezidenti UEFA və ECA-dan istefa verdi

13:59

Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

13:47

Sumqayıtda stadionun iki yerə bölünməsi ilə bağlı araşdırmalara başlanıldı

13:17

Prezidentin oğlu saxtakarlıqla qalib elan olundu - VİDEO

12:55

Federasiya prezidenti koronavirusdan vəfat etdi

12:52

Asif Əsgərov: "Böyük klubların öz aralarında oynamaq istəkləri sezilirdi"

11:59

Boksçumuz dünya çempionatında 4/1 finala yüksəldi - VİDEO

11:54

Conson Super Liqaya qarşı çıxdı, Makron Fransa klublarına təşəkkür etdi

11:37

FIFA-dan sərt mövqe: İştirakçılar bütün beynəlxalq yarışlardan kənarlaşdırılacaq

10:58

ECA yeni Super Liqanı "qiyamçı çempionat" adlandırdı - BƏYANAT

10:25

Avropa çempionatı: Beş sərbəst güləşçimiz mübarizəyə başlayır

10:15

Yeni Super Liqaya sədr təyin edildi

01:15

İspaniya Primyerası: "Atletiko" şou göstərdi, "Real" xal itirdi

00:50

A Seriyası: "Yuventus" və "Roma" uduzdu, "İnter"dən bərabərlik

00:02

DÇ: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəldi

18 Aprel 2021
23:00

İPL: "Arsenal"dan heç-heçə, MY 3 xalı 3 qolla qazandı

22:00

Türkiyə Superliqası: İstanbul derbisini "Fənər" qazandı

21:21

UEFA Super Liqaya qatılmaq istəyən Avropa nəhənglərini hədələdi

20:47

AÇ: Əli erməniylə qarşılaşacaq

20:03

AÇ: Yığmamız yarışı iki medalla başa vurdu

16:18

“Neftçi”nin 19-cu, “Qarabağ”ın 15-ci medalı

15:59

Namik Ələskərov üçün ikiqat yubiley: 100-cü oyun, 25-ci qol

15:34

Turun oyunları 3 günü əhatə edəcək

15:17

“Qarabağ” 15-ə çatdı

14:50

"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlandı

14:14

"Neftçi"dən 1400-cü qol

13:56

Əhməd haradadır? - İlqar Tağıyevdən yeni yazı

13:14

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

12:59

Azərbaycan AÇ-də 5 qadın güləşçi ilə təmsil olunacaq

11:41

Bəybalayevin komandası uduzdu

11:02

"Çelsi" İngiltərə Kubokunun finalında - VİDEO

10:23

Avropa çempionatı: Son 4 cüdoçumuz mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.