Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə dünyada 12-cidi.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) araşdırmasında deyilir.
CİES dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb. Araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/20 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub.
Azərbaycan çempionatında hər oyuna orta hesabla 5.79 vərəqə düşür. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdı. Ölkəmiz bu göstəricidə Avropada Ukrayna və İtaliyadan sonra üçüncü yeri tutur.
92 ölkənin siyahısına Boliviya başçılıq edir - 7.01 vərəqə (6.53 sarı, 0.48 qırmızı). Uruqvay çempionatı ikinci olub - 6.61 vərəqə (6.07 sarı, 0.54 qırmızı). İlk "üçlüy"ü Qvatemala qapayır - 6.44 vərəqə (6.07 sarı, 0,37 qırmızı).
Fanat.Az