22:14 14.02.2020 900

"Baş məşqçi təyinatı ilə düzələn deyil"

Beynəlxalq dərəcəli hakim, tanınmış ekspert Tahir Süleymanov ölkənin futbol gündəminə uyğun olan 2 suala cavab verib. "Neftçi”nin sabiq vitse-prezidentinə sualları lent.az-ın əməkdaşı ünvanlayıb.


- Tahir bəy, artıq neçə vaxtdır Azərbaycan millisi baş məşqçisiz qalıb. AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycan millisinə 32 namizədin olduğunu deyib. Sonra da açıqlayıb ki, onlar arasında azərbaycanlı mütəxəssis yoxdur. Bu nədən xəbər verir, yerli məşqçilərə etimadsızlıqdan, ya...


- Ümumi futbol adına ən böyük strateji səhv elə milliyə baş məşqçi müzakirələrinin bu səviyyədə aparılmasıdır. Üstəgəl də mənasız U-23 məsələsi ortaya atılır. Bunların hamısı yanlış addımlardır ki, illərdir davam edir. Ölkə futbolunun mövcud problemləri milliyə baş məşqçi təyinatı ilə düzələn deyil. Fərq etməz, əcnəbi və ya yerli...


15 ildə futbola yatırılan 100 milyonlar, dövlət qayğısı sayəsində Torres, Diniyev, Foqts, Prosineçki, Qurbanov, Yurçeviç və onlarla köməkçi yerli-əcnəbi məşqçilərlə nəyə nail olundu?! Təəssüf ki, Azərbaycan futbolunda analizlər düzgün aparılmır, bataqlığa düşdükcə eyni addımlar təkrar-təkrar atılır.

İndi də 32 (!) namizəd müzakirə edilir. Bunun özü ciddilikdən uzaq yanaşmadır. O məşqçilərin hər birinin futbolda fərqli düşüncələri, fəlsəfələri var. Azərbaycan futbolunun tarixən öz ənənəvi oyun üslubu var. Əsasən orta, qısa ötürmələrlə texnikalı oyuna söykənir. Güclü və zəif tərəfləri öz yerində, ilk növbədə yerli futbol mədəniyyətinə, fəlsəfəsinə uyğun məşqçilər nəzərdən keçirilməlidir. Yoxsa, əsasən işsiz qalan əcnəbi məşqçilərin siyahısını tərtib etməklə onsuz da nüfuzdan salınan ölkə futbolu daha da aşağılanır. Bu, futbola doğru münasibət deyil, diletantlıq, ortada gəzənlərin, futbola daraşanların növbəti beyin məhsulu, pul dağarçığıdır...


Ölkə futbolunun böhranı isə daha dərindir. Köhnə-yeni AFFA rəhbərliyi müəyyənləşdi. Bakıda, bölgələrdə inşa edilmiş müasir stadion-komplekslər böyük futbolsuz qalıb, klublar dağılıb. Ölkədə istedadlar yetərincə olsa da, futbol sisteminin yararsızlığından onlar üzə çıxmır, yetişmir, bələkdə boğulur. Bunun əvəzinə bütün yaş qrupları üzrə yığmalara onlarla legioner futbolçular milliləşdirilir. AFFA rəhbərliyi nəhayət, futbolda olan bütün düşünən beyinləri futbol adına bir araya gətirməlidir.


İndiki atılan addımlar son illərdəki yanlış gedişlərin təkrarıdır. Əgər məqsəd Azərbaycan futbolunun inkişafıdırsa, düşüncələr fərqli olmalıdır. Son həftələrdəki U-23 "ideya"ları buna bir daha sübutdur.


Ölkədə milliyə baş məşqçi məsələsi müzakirə edilməməlidir, ümumi ölkə futbolundakı durum, vəziyyətdən çıxış yolları müzakirəyə çıxarılmalıdır.

"Formula-1" maşınınız yoxdursa, istəyir dünya səviyyəli pilot gətirin, nə xeyri. "Pobeda"ya minib qələbələr qazanmaq mümkünsüzdür. İlk növbədə futbol təssərrüfatında bütün sahələri üzrə eyni inkişaf tempini təmin etmək lazımdır. Buraya infrastruktur, müasir qurğulardan səmərəli istifadə, uşaq futbolundan tutmuş klubların bərpası, çempionatın səviyyəsi və digər məsələlər kompleks halında daxildir. Əks halda, milli deyə-deyə 3-5 il də itiriləcək...


-Maraqlıdır ki, AFFA-nın siyahısında olan məşqçilər bizim yığmaya gəlməkdənsə, öz çempionatlarında – məsələn, Kononovun "Riqa”ya gedişi - aşağı yerləri tutan klublara keçməyə üstünlük verirlər, nəinki Azərbaycan yığmasına başçılıq etməyə. Bunun səbəbi nədir?


- Azərbaycan millisi özünə hörmət edən əcnəbi məşqçilər üçün son variantdır. Təqaüd yaşında olanlar, Yurçeviç kimi "ikincilər”, işsiz qalanların gün keçirmək, yüz minlər, milyonlar qazanmaq üçün baxdıqları məkandır. Mənəvi tərəfləri çıxmaq şərtilə onların heç bir günahı yoxdur. Ölkə futboluna bu münasibət yaradılıb. Ölkə futbol ictimaiyyətinə də səslənirəm, baş məşqçi məsələsi nə qədər az müzakirə edilsə, daha xeyirli olar. Ölkə futbolunun dərdi torreslər, foqtslar, yurçeviçlər, lippertlər deyil. Azərbaycanda gənc nəsil futbol genefondu məhv edilib. Bu və ümumi futbolda çıxış yolları müzakirə edilməli və futbol başbilənləri bu istiqamətdə əməli işlər görməlidir.

Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2020
20:30

"Yuventus" "Sassuolo" səfərində, "Milan" "Parma"ya qarşı

19:15

Premyer Liqa: "Arsenal", yoxsa "Liverpul"?

18:10

Neymar = Dembele + 80 milyon avro

18:02

Həbib - Qetji döyüşünün yeri və tarixi açıqlandı

17:30

Setyen "Barselona"da qalır? - AÇIQLAMA

17:19

"Səbail" Maykl Essyenlə yolları ayırdı

16:38

DÇ-2022 payızda keçiriləcək - RƏSMİ

16:06

"Mançester Siti"nin transfer hədəfi "Real" və ya "Barselona"da oynamaq istəyir

15:49

Super Liqada yeni baş məşqçi

15:38

"Zirə" daha iki futbolçusu ilə vidalaşdı

15:34

"Milan" heyətini müdafiəçi ilə gücləndirdi

15:30

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama tarixi açıqlandı

15:26

CƏBHƏDƏN XƏBƏR: Azərbaycan Orudusundan düşmənə daha bir ağır zərbə - VİDEO

14:42

"Borussiya" Şürrle ilə yolları ayırdı - RƏSMİ

14:31

Ronaldu "ilk beşlik"dən kənar qaldı - Dünyanın ən sürətli futbolçuları

13:59

Kadırov məmurlarına "jim" etdirdi - VİDEO

13:42

Bekhemin klubu "Barselona"nın futbolçusuna "elçi düşüb"

13:31

Millimizin sabiq futbolçusu: "Tovuzdayam, düşmən layiqli cavabını alır"

12:50

XXI əsrin ən yaxşı hücumçusu kimdi? - SIRALAMA

12:45

"Zenit"in yetirməsi Azərbaycanda qalır, Ağayevlə razılıq əldə olunmur

12:22

Əsgəri şəhid general Polad Həşimov haqda: "Futbola baxmaq istədiyimi dedim..."

12:18

Ayxan Abbasov: "Futbolçular gedibsə, "Sumqayıt" olmayacaq?"

12:13

"Nömrəmi bilirsiniz, zəng edin..." - Quardiola Klopp və Mourinyuya cavab verdi

11:47

"Real" Sebalyosla bağlı qərarını verdi

11:22

İki ulduz futbolçu "Qalatasaray"dan gedir

10:53

"Mançester Yunayted" ÇL-ə vəsiqə qazansa, onu transfer edəcək - 120 milyona

10:12

Əcnəbi futbolçulardan ölkəmizə dəstək: "Qarabağ - Azərbaycandır!" - FOTOLAR

10:10

"Dördüncü diviziona düşsək belə, "Mançester Siti"də qalacaqdım" - Quardiola

09:33

"Atalanta"nın oyununda 8 qol - VİDEO

09:24

"Çelsi"dən minimalhesablı qələbə - VİDEO

09:22

Düşmənin növbəti hərbi obyekti darmadağın edilib - CƏBHƏDƏN XƏBƏR VAR (VİDEO)

00:18

Dembele başladı

14 İyul 2020
22:10

Fərid oynadı, komandası lideri yendi

21:30

Vernerin Bundesliqada vurduğu qollar - VİDEO

20:20

Lovren "Liverpul"dan ayrılır? - Kloppun açıqlaması

19:10

Dünya reytinqinin keçmiş "bir nömrə"si ilk qələbəsini qazandı - Karyerasını bərpa etdikdən sonra

18:50

Millimizin yeni baş məşqçisinə İtaliya A Seriyasından təklif

18:36

Türkiyə və Almaniya milliləri yoxlama oyunu keçirəcək

18:15

"Barselona" Koutinyunu Premyer Liqa klublarına təklif edib

17:39

"Bavariya"nın yeni baş məşqçisi o olacaq

17:04

"Atalanta"nın forvardı hovuzda zədə aldı

17:02

"Sumqayıt" baş məşqçisi ilə müqaviləni yenilədi

16:44

Klopp "Siti"nin ÇL qadağasının ləğvinə sevindi: "Yoxsa heç kimin çempionluq şansı olmayacaqdı"

16:28

Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi - CƏBHƏDƏN XƏBƏR

16:04

"Mançester Siti"dən Quardiolaya yeni müqavilə

15:47

"Barselona" yeni formasını təqdim etdi - FOTOLAR

14:58

Reşford PSJ-nin "radar"ında

14:36

"Liverpul" Bundesliqadan oyunçu transfer edir

13:51

General və polkovnikdən sonra daha 5 şəhidimiz var - CƏHBHƏDƏN XƏBƏR

13:33

"Real"ın futbolçusu İngiltərə yolunda

13:17

Azərbaycan Ordusunun generalı və polkovniki şəhid oldu - CƏBHƏDƏN XƏBƏR

13:06

Ulduz basketbolçu koronavirusa yoluxdu

12:36

Premyer Liqada yay "transfer pəncərəsi" hansı periodu əhatə edəcək? - QƏRAR

12:13

AFFA Bernhard Lippertlə yolları ayırdı

12:01

Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanıldı - FOTOLAR

11:48

Kavani Bekhemin klubuna "yox" dedi

11:15

Beylin "Real"dakı gələcəyi necə olacaq? - SON DURUM

10:39

Koronavirusun "Barselona"ya vurduğu zərər

10:38

Tovuzun bu kəndi artilleriya atəşinə tutulub - CƏBHƏDƏN XƏBƏR

10:29

Millimizin sabiq üzvü Türkiyə klubunun baş məşqçisi oldu - FOTO

10:13

Ronaldu bacısının paylaşımına görə cərimələnəcək - FOTO

09:58

Dörd qol vuruldu, "İnter" qalib gəldi - VİDEO

09:57

Avropa çempionumuzun qatili məhkəmə qarşısında

09:45

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

09:40

Millimizin sabiq hücumçusu Türkiyə klubunda

09:27

"Breşia"nın prezidenti soyğunçularla əlbəyaxa oldu

09:20

"Trabzonspor" və "Başakşəhər" uduzdu, "Beşiktaş" qələbə qazandı - VİDEOLAR

09:03

Bakıda idmançı qız oğlanı vəhşicəsinə döydü - ANBAAN VİDEO

09:00

"Mançester Yunayted" son saniyələrdə qələbəni əldən verdi - VİDEO

08:58

Məşhur kikboksçu Tovuzdakı döyüşlərdən danışdı - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.