00:14 03.08.2020 494

Azarkeşlərin maaşını ödədiyi futbolçu, möcüzələrin memarı məşqçi - Filmin sonu

 
"Liverpul" 2015-ci ildə Brendan Rocersin yerinə baş məşqçi axtaranda yekun siyahıda adı olan üç mütəxəssisdən biri də Eddi Hau idi. Digərləri - Karlo Ançelotti və təbii ki, Yürqen Klopp. Ançelottinin avrokuboklardakı nəticələri, "Milan", "Çelsi" və "Real"dakı göstəriciləri "qırmızılar"ın təcrübə kriteriyasına artıqlaması ilə uyğun gəlirdi. Bir əmma var idi: transferlər. Karlonun transfer seçimləri "Liverpul"u qane etmirdi. Təyinat məsələsi, namizədlərin müəyyənləşdirilməsi prosesi həmin dönəm texniki direktor olan (hazırda idman direktorudu) Maykl Edvardsın öhdəliyində idi. "Liverpul"un uğurlarında Klopp qədər rolu olan şəxsdən söhbət gedir. Mersisayd klubunda ənənəvi yanaşma da önəmlidi. Amma bu, texnologiyanın köməyini gözardı etmək anlamına gəlmir. Edvards və həmkarlarının hazırladığı proqrama görə, Ançelotti daha çox yaşlı futbolçuların cəlbinə üstünlük verirdi və gənclərlə təcrübəsi qənaətbəxş deyildi. "Liverpul"un prioriteti isə yaşı maksimum 26 olan, performansının pikinə yaxınlaşan, 3-4 il sonra da transfer bazarında dəyəri olacaq oyunçuları komandaya cəlb etmək idi. Yəni Ançelotti heyəti komplektləşdirmək baxımından sinifdə qalmışdı.

Eddi Hau isə gənc oyunçularla işləməyə üstünlük verən, onları inkişaf etdirməyi bacaran, bununla yanaşı, baxımlı futbol oynadan mütəxəssis kimi texniki direktorun daha çox marağını cəlb etmişdi. Edvards "Portsmut"da işləyərkən Eddi orada oyunçu idi. Amma "Liverpul"un yeni strukturunda qərarvermə prosesində emosionallığa yer yoxdu. Edvardsa görə, Hau "son üçlük"də olmağı haqq etdiyi üçün orada idi. Təcrübə əskikliyinə baxmayaraq, Maykl ümumi dəyərləndirmədə Haunun Ançelottinin önündə olduğunu düşünürdü. Sadəcə, məlum adam Hau ilə Ançelottinin qarışığı idi. Son söz sahibi Edvards deyildi. O, namizədlər haqda fikirlərini qeyd edir, raportları hazırlayır və onları klub rəhbərliyinə təqdim edirdi. Ardınca rəhbərlik və sözügedən məşqçilər arasında görüş olacaqdı. Yekun qərarı "Liverpul"un sahibləri - "Fenway Sports Group" (FSG) rəsmiləri verəcəkdi.

Namizədlər FSG rəhbərliyi ilə görüş üçün ABŞ-a yollanırlar. Adətən, Kloppa dair materiallarda onun insanlar üzərindəki təsir gücü ön plana çıxarılır. Burada da ssenari fərqli deyil. Yürqen heç kimə şans vermədən işi bitirir. "Liverpul"un direktoru və FSG-nin prezidenti Mayk Qordonun alman məşqçinin dominant xarakterə sahib olduğuna dair düşüncələri görüşün əvvəlindəcə anlamını itirir. Xüsusilə də, Kloppun öncə qarşısındakı dinləməsi, sonra fikirlərini dilə gətirməsi onun diqqətini cəlb edir. Qısa zaman kəsiyində onlar bir-birləri ilə dil tapa bilirlər. Qordona görə, Yürqenin təsir gücünü təkcə xarizma ilə əsaslandırmaq haqsızlıq olardı. Görüş bitər-bitməz Mayk FSG və "Liverpul"un sahibi Con Henri ilə əlaqə saxlayır və ona deyir: "Klopp istənilən beynəlxalq şirkətdə baş direktor işləmək potensialına sahibdi". Beləcə, "Liverpul" yeni baş məşqçisini seçir.

"Tottenhem" Poçettinoya alternativ axtaranda Eddi Haunu da düşünmüşdü - Ançelotti, Alleqri, Naqelsman və Mourinyu ilə yanaşı. Sonda yenə təcrübə punktunu doldura bilməmişdi. "Arsenal" Unay Emeri və Mikel Arteta seçimlərindən öncə onu nəzərdən keçirib. Bir çoxlarına görə, Hau İngiltərə millisinin gələcək baş məşqçisidi. Lakin reallıq hələ də gözlənilən sıçrayışın baş tutmadığını deyir. "Komandası Çempionşipə düşdü" - futbol elə bir nöqtəyə çatıb ki, bəlkə də, CV-sindəki bu bənd onun yaxın müddətdə "böyüklər"in hədəfi olmasına əngəl törədəcək. Çox yox, 7-8 ay əvvəl isə vəziyyət tamamilə fərqli idi. Amma futbolun vurğuladığım özəlliyi həm də onun həmişə "radar"a düşə biləcəyini istisna etmir.

"Vest Hem" Haunu, bəlkə də, PL-də ən çox arzulayan klubdu. Bir neçə dəfə cəhd ediblər - xüsusilə də, Pelleqrinin gedişindən sonra. Mövsüm ortası olduğundan, Eddi müsbət qarşılamayıb. "Everton" və "Kristal Pelas" variantları da olub. Son dönəmdəki nəticələrdən sonra "çəkicdöyənlər"in Moyeslə yola davam edəcəyi dəqiq kimi bir şeydi. İndilik Ançelotti də postunda rahatdı, "Pelas" isə Roy Hocsonla bu yaxınlarda sözləşmə yeniləyib. Bununla belə, oyundakı hadisələr, əsas da məşqçilər özəlində danışsaq, işıq sürəti ilə cərəyan edir: ardıcıl iki məğlubiyyət və ya üç heç-heçə, verilən sözlər unudulur, müqaviləyə xitam verilir. Hansısa ortabab klub, "ilk altılıq" uğrunda mübarizə, avrokuboklar... - sonra Haunun qapısı hər an yenidən döyülə bilər.

42 yaşlı Eddi Haunun ömrünün 25 ilində "Bornmut" adına rast gəlmək mümkündü. Klub azarkeşləri 2004-cü ildə onun "Portsmut"dan qayıtması üçün aralarında pul toplamış və maaşını öz ciblərindən ödəmişdilər. Dördüncü divizionda hesablarından 17 xal silinəndə, komanda professional liqalardan uzaqlaşmağın bir addımlığında olanda Hau məşqçi kimi önə çıxmış və onun rəhbərliyi altında çempionatda qalmağı bacarmışdılar. Uzaq keçmişdən danışmıram, yaxın illərdə iflasın bir addımlığında olan "Bornmut" Eddi ilə 6 il ərzində üç divizion yüksəlmiş, skeptiklərə inad Premyer Liqada daimi komandaya çevrilmişdi. Birlikdə yaşadıqları əsl film mövzusudu. Üzgünəm, amma gözlənilənin əksinə, son aylar və dünən etibarı ilə filmin xoşbəxt sonluqla bitməyəcəyi dəqiqləşdi. Eddi Hau azarkeşlərə borcunu ödəyə bildimi? - ən azından bu sualla təsəlli tapmaq olar. 16 il əvvəl onun transferi üçün kampaniya başladan fanatlardan birinin dediyi kimi: "Milyon dəfə artığını etdi".

Rüfət Məcid

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

19 Yanvar 2021
01:33

A Seriyası: İbrahimoviç dubl etdi, lider səfərdə qazandı

01:23

İngiltərə Premyer Liqası: "Arsenal" darmadağına sevindi

00:02

İtaliya təmsilçisinin baş məşqçisi qovuldu

18 Yanvar 2021
22:51

"Traktor" Təbrizdə "qəzaya uğradı"

22:21

AFFA Rusiya klublarında 4 futbolçu "tapıb": Milliləşdirmə davam edir - ADLAR

22:00

Samir Abasov: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi"

21:47

Premyer Liqada daha 16 yoluxma

21:35

"Neftçi" "Bazel"in hücumçusuna təklif göndərdi

20:56

Bekhemin klubu tanınmış ingilisə tapşırıldı - RƏSMİ

20:05

Belarus dünya çempionatından məhrum edildi

19:16

"Zirə" - "Qəbələ": 23-cü duel

18:04

"Sumqayıt"ın legioneri: "İranda əkin sahəsinə bənzər yerdə məşq edirdik"

17:37

"Bilinməyən" Ruslan Abışov - VİDEO

17:12

"Neftçi"nin liderliyi üzərimizdə təzyiq yaratmır" - "Qarabağ"ın kapitanı

16:51

Depayın gözü top-klublarda

16:35

Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi?

16:16

Məşhur İtaliya klubunun adı və loqosu dəyişdirilir

15:57

Mancukiç Milana yollandı

15:39

DİN futbol oynayan yeniyetmələrə xəbərdarlıq etdi

15:23

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:21

"Sumqayıt" müdafiəçisi ilə vidalaşdı

15:04

İdman və fitnes zalları hansı qaydalarla bərpa oluna bilər?

14:41

"Çelsi" bu futbolçuya görə transfer rekordunu qırmaq istəyir

14:35

Mehdi İranda başına gələnlərdən danışdı

14:31

"Ayntraxt" "Real"la belə zarafatlaşdı

14:31

Yaponiya hökümətindən olimpiada açıqlaması

14:14

Günün oyunlarına necə baxaq? - AFİŞA

13:54

Gənclər və İdman Nazirliyi Operativ Qərargaha üçüncü dəfə müraciət etdi

13:35

Berti Foqts: "Avropa çempionatı təxirə salınmalıdır"

13:16

Qərb derbisində "Kəpəz" sevindi

12:57

Futbol ulduzlarından yaddaqalan sitatlar

12:34

Vidal rəqibin emblemini niyə öpüb? - ÖZÜ DEDİ

12:15

"Real" 400 milyon avro itirdi

11:56

Azərbaycan yığması 11 aydan sonra məşqlərə başladı

11:35

AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

11:13

Messini 4 oyunluq cəza gözləyir

10:53

Mesut Özil "Fənərbağça"ya keçidindən danışdı

10:34

"Çelsi"yə "yox" deyən futbolçuya iki elçi

10:17

Millimizin heyəti açıqlandı

09:51

Məşhur futbolçunun arvadı qarın içində soyundu - FOTOLAR

09:29

"Mançester Yunayted"in Bundesliqadan futbolçu bəyənib

00:36

Levandovskidən inanılmaz rekord

17 Yanvar 2021
23:57

Almaniya Bundesliqası: Lider qələbə qazandı, Yoviç dubl etdi

22:09

İstanbul derbisində 2 qol vuruldu

21:29

Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı

21:07

“Fənərbağça” rəsmən açıqladı: Mesut Özil İstanbulda

19:43

Azərbaycan I divizionunda yeni klub

17:57

Millinin sabiq futbolçusu 40 yaşında öldü

17:21

Yoluxma sayı açıqlandı

16:59

"Neftçi"nin legioneri: "Toplanışın Bakıda olması daha yaxşıdır"

16:24

"Yuventus"un Pol Poqba planı

15:53

Fernando Torres məşqçiliyə başladı

15:21

"Milan"ın heyətində koronavirus şoku

14:50

Qazzayev Kramarenkonun təyinatından danışdı

14:17

Mahir Emreliyə Polşadan "elçi" var

13:44

"Fənərbağça" iki futbolçu ilə anlaşdı

13:10

Gimnastlarımıza ad verildi

12:49

Rövnəq Abdullayevdən Premyer Liqada klub sayı ilə bağlı AÇIQLAMA

12:12

"Barselona" “Mançester Yunayted”dən futbolçu alır

11:50

Azərbaycanlı məşqçi rəsmən Moskva ÇSKA-sında

11:32

İtaliya klubunda növbəti yoluxma

10:50

“Bavariya” hücumçusunu icarəyə verdi

10:31

Əfsanəvi futbolçunun ŞOK görüntüləri yayıldı

10:07

Şərifov Şərifov sıradan çıxdı

09:49

"Çelsi" London derbisində qalib gəldi - VİDEO

09:33

Messinin "Barselona" qərarı açıqlandı

09:00

Yoldaş Mamedov, yaraşırmı?

01:58

Şərif Şərifov medalsız qaldı - QIZIL ALA BİLDİKMİ?

16 Yanvar 2021
23:01

Kuman: "Son qərarı Messi özü verəcək"

21:43

Veynaldumun yeni klubu açıqlandı - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.