"Ayntraxt"ın mətbuat xidməti Luka Yoviçin "Şalke" ilə oyundakı dublundan sonra Madrid "Real"ı ilə zarafatlaşıb.
Fanat.Az xəbər verir ki, Frankfurt təmsilçisinin rəsmi "Twitter" hesabında belə yazılıb:
"Onu sadəcə düz mövqeyə qoymalıydız... Necə də göZəl evə qayıdışdır, Luka!"
Yoviç "Real"dan "Ayntraxt"a icarə əsasında qayıdıb. O, mövsümün sonuna qədər sabiq klubunun uğurları üçün çalışacaq. Hücumçu Madrid təmsilçisində çıxdığı 32 matça cəmi 2 qol vurmağı bacarmışdı.
Fanat.Az