20:37 10.08.2020 508

Çay paylayan, hinduşka satan, pambıq yığan gələcək

Hüseyn Cəbrayıloğlu
 
Lənkəranda əzəmətli bir "Çay evi” var. İndi ölkəni müxtəlif adlarda çay evləri bürüsə də, sovet dövründən qalma bu çay evinin öz tarixi, hər bir lənkəranlının bura ilə bağlı mütləq özəl bir xatirəsi var. Hərçənd, şəhərə xüsusi gözəllik verən binanın ətrafını elə dairəvi formada satıblar ki, binanın memarını tapıb onun qarşısında buraxsan, ideyasını verdiyi "Çay evi”ni tapa bilməz. Son cümləni elə yazdığım formada da iki il əvvəl Lənkəran İcra Hakimiyyətinin memarına demişdim.
 
Dostlarla imkan düşən kimi demək olar, hər gün oranın mükəmməl çayından içirik. Lənkərana qonaq gələnlər bilir ki, bizdə əsl çay içilən məkanda çayı çaynikdə yox, stəkanla verirlər. Bir neçə gün öncə qarşıma stəkan qoyan gəncin yeni olduğunu anladım. Bizdə təcrübəli çayxana işçiləri olub ki, 10 stəkanı əlində tutub hərəkət edib. Masamızın üzərinə uzanan əlin əsməsi təcrübəsiz biri olduğunu dərhal büruzə verdi. Başımı qaldırdım və ikimiz də göz-gözə gəldik. Mən onun gözlərinin içərisindən bir neçə il əvvələ boylana bildim. "Xəzər Lənkəran” akademiyasının istedadlı futbolçularından olan Əli. 2016-cı ildə əsas komanda fəaliyyətini dayandırsa da, ötən il də daxil olmaqla işini davam etdirən akademiyadan çıxan onlarla istedadlı uşaq ölkənin müxtəlif klublarına transfer olunub. Amma gedənlərin də əksəri bir ay sonra geri dönüb. Paytaxtda bu istedadlı uşaqların çoxuna transfer olduqları klublar deyir ki "sənə 200, maksimum 300 manat pul verəciyik. Qalmaq və yemək problemini özün həll etməlisən”. Nəticədə, Əli kimi uşaqlar geri dönür və çay evlərində çay paylayır, yaxud elə həmin gün nə hikmətdirsə, qəribə və həm də acı təsadüfsə, mətbuatdan oxuduğum "Kəpəz”in yeniyetmə qapıçısı kimi restoranda ofisiant işləyir.
 
Bakıda məskunlaşan klubların bir çoxunun on illərdir, yeni "doğulanların” da bir neçə ildir adı var, amma baza tipli akademiyası yoxdur. Lippertə, Foqtsdan üzü bəri bir neçə xarici mütəxəssisə ölkənin büdcəsindən ayrılan pulları yarı bölməklə paylayan AFFA rəhbərliyi isə öz ölkəsinin yeniyetmələrinə sahib çıxmır. Uşaqlar bölgələrdə məhv olub gedir. Məni tanıyanlar futbol savadıma inanırsa, deyim ki, Azərbaycanda ikinci Vəli Qasımov tipli, onun oyun üslubunda ikinci bir hücumçu yetişmişdi. "Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi, ilk milli çempionatımızda "Xəzər”in "sükanı arxasında” olan Ağadadaş Həmidov həmin uşağı Biləsuvarda dostlarının sayəsində kəşf etmişdi. Topla irəliləyəndə sinəsini Vəli kimi qabağa verib elə gözəl manevrlər edirdi ki… Ötən il belə idi. İndi hardadır, nə edir, bilmirəm. Bəlkə, pambıq yığır, bəlkə, Astara-Bakı trassında hinduşka satır.
 
Ağzımız isti yerdədir. O qədər isti ki, hələlik avrokuboklarda rəqibləri təhlil edirik, dəyərləndiririk. Bu ölkənin gələcəyi isə çay paylayır, hinduşka satır, pambıq yığır. Bölgələrdə onlarla Əli kimi uşaqlar elə məhəlləsində, orta məktəbin yarısatılmış idman meydançalarında məhv olub gedir. AFFA rəhbərliyini "son beş ildə bölgələrdə niyə futbolu öldürdüz” sualı, ən vacib problemi ilə üz-üzə qoya bilmədik. Bacarmadıq…
 
Bir azdan ənənəvi sualınızı yağlayın, pas atmaya qoymayın ki, lazım olacaq: "Bakının istisindən qorxmursuz?” Başqa ölkələrin qabağına çıxanda bizə ancaq isti, çaxan ildırım, sönən projektor işığı kömək ola bilər. AFFA rəhbərliyi itirilən on illər ərzində pulları öz ciblərinə, xaricilərin ciblərinə dürtüb, bir az da göyə sovurub, bizi təbiət hadislərinin ümidinə qoyub.
 
Mənbə: Komanda.az
Oxşar xəbərlər

Xəbər lenti

18 Sentyabr 2020
19:39

İquayn ABŞ klubunda - RƏSMİ

17:53

"Zirə"nin fəxri prezidenti: “Hədəfimizə doğru səbrlə irəliləyəcəyik”

17:22

"Başakşəhər"in futbolçusu "Neftçi"də

17:21

Azərbaycan Premyer Liqası: IV turun oyun proqramı

16:54

Amil Yunanov yeni klubda

16:27

"Qarabağ"ın pley-offda potensial rəqibləri müəyyənləşdi

16:03

Elxan Məmmədov səfir ilə görüşdü

15:43

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

15:10

Cavid İmamverdiyev keçmiş klubuna qayıtdı

14:42

"Neftçi"yə qol vuran futbolçu: "Çox xoşbəxtəm"

14:21

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:52

"Keşlə" Cavid İmamverdiyevlə bağlı qərar verdi

13:38

AMADA-dan idmançılar üçün seminar

13:19

Təxirə salınan oyun keçirildi

12:51

Günün oyunları bu kanallarda - AFİŞA

12:33

Hakan Şükür "Neftçi" - "Qalatasaray" qarşılaşmasını belə şərh etdi - VİDEO

12:14

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

11:43

"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

11:29

Millimizin futbolçusu: "Özümü çox yaxşı hiss edirəm"

11:01

UEFA reytinqində yenə gerilədik

10:44

Avropa Liqası: "Qarabağ"ın qarşılaşa biləcəyi komandalar açıqlandı

10:31

Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”

10:24

Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

10:08

"Səbail" sponsoru ilə yeni müqavilə bağladı

01:42

Avropa Liqası: 42 oyun keçirildi, 1-i dayandırıldı

00:01

"Neftçi" "Qalatasaray"a belə uduzdu - VİDEO

17 Sentyabr 2020
23:25

Fatih Terim: "Neftçi"yə yenilmək sürpriz olardı"

23:02

Füzuli Məmmədov: "Uşaq səhvlərindən uduzduq"

22:22

"Roma" Albaniya millisinin üzvünü aldı - RƏSMİ

21:25

"Neftçi" "Qalatasaray"a yenildi - YENİLƏNİB

17:47

"Mölde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu

17:20

Teymur Rəcəbov onlayn şahmat akademiyası açdı

16:51

Şok iddia: “AFFA müəlliflər hüququnu pozub”

16:17

"Zirə"də ayrılıq

15:45

Çempionlar Liqası: Pley-offun vaxtı açıqlandı

15:22

Qurban Qurbanovla 3-cü dəfə...

14:56

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

14:39

"Zirə" - "Sabah": 8-ci duel

14:16

Qara Qarayev: "Qarabağ"a qarşı qərəz hiss olunur"

13:48

Olimpiya Mərkəzində təmir işləri aparılır

13:15

Millimiz reytinqdə irəlilədi

12:58

"Qarabağ" Avroliqada bu klublardan biri ilə qarşılaşacaq - SİYAHI

12:40

"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı

12:19

"Penalti vuranları Qurban Qurbanov müəyyənləşdirirdi" - Mahir Emreli

12:02

"Neftçi" və "Qalatasaray" rəhbərliyi arasında görüş oldu - FOTO

10:31

"Qalatasaray"ın vitse-prezidenti: "Mərhələni keçərək Türkiyəyə qayıdacaq"

10:07

Bədavi Hüseynov: "Karyeramda ilk dəfə penalti vururdum"

09:45

"Bu məğlubiyyətin təsiri qısa vaxtda getməyəcək" - Qurban Qurbanov

09:31

Qəbələdə Polad Həşimovun adını daşıyan klub yaradıldı

08:02

Millimizin hücumçusu əməliyyat olundu

00:27

ÇL: "Omoniya" və "Makkabi" pley-offda

16 Sentyabr 2020
23:49

"Qarabağ" Çempionlar Liqasını tərk etdi

19:29

Füzuli Məmmədov: "Qələbə şansımızdan yararlanmağa çalışacağıq"

19:21

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

17:51

Avropa Liqası: II təsnifat mərhələsi başlayır

17:44

Çempionlar Liqası: Daha 5 "pley-off"çu müəyyənləşir

17:32

Avropa Oyunlarının proqramında yeni idman növləri

17:02

İttifaq binası qarşısında atışma

16:36

“Liverpul”un rəqibi bilindi

16:19

Levandovski mövsümün ən yaxşısı seçildi

15:58

"Qarabağ" və "Neftçi"nin 800-cü oyunu

15:35

"Şerif"in "Qarabağ"a vurduğu qol ən yaxşı seçildi - VİDEO

15:01

Azərbaycan Premyer Liqasının maliyyə dəyəri açıqlandı - FOTO

14:39

"Qalatasaray" Bakıda - VİDEO/FOTO

14:12

"İdman TV"də nə baş verir? - Rövşən Binnətli açıqladı

13:51

Həmkarlar ittifaqı ölkə başçısı ilə görüşmək istəyir

13:34

Komitə prezidenti BMT rəsmisi ilə görüşdü

13:02

“Sabah”ın onlayn mağazası fəaliyyətə başladı - VİDEO

12:17

Fatih Terim "Neftçi" ilə oyundan danışdı

11:53

Azərbaycan çempionu Braziliya klubunda - FOTO

Facebookdan bizi izləməyi unutmayın.