Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
Bolu təmsilçisi səfərdə "Menemenspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
Araz matçın 64-cü dəqiqəsində oyuna qoşulub.
24 oyundan sonra hesabında 26 xalı olan "Boluspor” 18 kollektiv arasında 13-cü pillədə mövqe tutub.