10:45 25.01.2020 1064

AFFA-nın mane olmağa çalışdığı iclasda nələr müzakirə olundu? - REPORTAJ

Bildiyiniz kimi, AFFA Həmkarlar İttifaqı dünən paytaxtda yerləşən "Altus" otelində toplantı keçirməyi planlaşdırmışdı. Mətbuat nümayəndələrinin də dəvət olunduğu tədbirdə futbol veteranları və mütəxəssisləri adından ölkə başçısı cənab İlham Əliyevə müraciət açıqlanacaqdı.

Saat 14:00-da təyin olunan ünvana yollandıq. Elə otelin önündə Nazim Süleymanov və digər veteranlarla rastlaşdıq. Hal-əhval tutduqdan sonra Nazim müəllim otel rəhbərliyinin toplantını keçirtməkdən imtina etdiyini dedi. 

3 gün əvvəl otel ilə razılıq əldə olunub və "beh" verilib. Amma nədənsə, bu gün toplantı üçün gələn Həmkarlar İttifaqının üzvlərini geri qaytarıblar. Güya zala su axıb, təmir edirlər. Ancaq veteranlar təkid edib və baxıblar ki, sözügedən zalda heç bir texniki problem yoxdur. İnsafən, behi geri qaytarıblar. 

Həə, maraqlıdır ki, bu "Altus" otelin yerləşdiyi ərazi otellər məskənidir. Bir-birinin yanında boydan-boya uzanan çoxsaylı otellər olmasına baxmayaraq, hansına yaxınlaşıblarsa, veteranlara "yox” deyiblər. Həmkarlar İttifaqının üzvləri bütün bunların AFFA-nın toplantının keçirilməsinə mane olmaq üçün qurduğu oyun olduğunu bildiriblər. Təbii ki, bu durum AFFA Həmkarlar İttifaqının üzvlərində gərginlik yaratmaya bilməzdi. Əgər həqiqətən də AFFA Həmkarlaq İttifaqının toplantısını keçirmək üçün bu addımı atıbsa, cılızlıqda "level" keçdiklərini demək tam yerinə düşər. 

Amma onu da sizə deyim ki, "hər işdə bir xeyir var" misalını belə məqamlar üçün deyiblər... O yan-bu yan götür-qoydan sonra qərar verildi ki, gedib bir çay içək. Elə otellərin arasında yerləşən, çox güman ki, otel işçilərinin gəlib nahar etdikləri xudmani bir kafedə oturduq.  Vallah-billah bu kafedə oturmaq daha yaxşı oldu. Zaman limiti yox, səmimi bir ortamda qarşılıqlı çay içərək veteranlarla jurnalistlər arasında maraqlı söhbətlər getdi. 

Əvvəlcə AFFA Həmkarlar İttifaqının sədri Nazim Süleymanov baş verən "otel krizi"nə və toplantının nə məqsədlə keçirilməsinə şərh verdi: 

"Gördüyünüz kimi, bizə maneələr törətmək istəyirlər. Ancaq bizim əsas məqsədimiz cənab prezidentə müraciet edib, yazdığımız məktubu ünvanlamaqdır. İstərdik ki, səsimizə səs versin. Azərbaycanda prezidentimiz tərəfindən futbola yetərincə qayğı-diqqət ayrılıb, ancaq bunun qarşılığı gördüyünüz kimidir. Biz ümid edirk ki, ölkə başçısına müraciətimiz cavabsız qalmaz. Çünki cənab prezidentimizin idmana olan qayğısı göz önündədir. Ona görə də inanırıq, müsbət cavab gözləyirik".

Yadınıza gəlirsə, ötən ilin sentyabrında AFFA Nazim Süleymanovun sədrliyi ilə yaradılmış Azad Həmkarlar İttifaqı adlanan təşkilatın qanunsuz olduğunu, ittifaqda adı çəkilən şəxslərin heç birinin qurumla əməkdaşlığı olmadığını bildirmişdi.

Elə bugünkü toplantıda da xüsusilə AFFA-nın əfsanə futbolçularımızla bağlı yaydığı bu bəyanat müzakirə olundu. 

Nazim Süleymanov: "AFFA bizi tanımaq istəmir, onların bizə aidiyyəti yoxdur, deyir. Özümdən başlayım. Mənim hara aidiyyətim var? Azərbaycan futbolunun müstəqil dövründə Rusiya kimi hegemon dövlətdən imtina etmiş və öz vətənimi seçib, onun üçün çalışmışam. O vaxtlar maliyyə yaxşı deyildi, oyunları Trabzonda keçirirdik. Və mən öz vəsaitimlə gəlib milli komandada çıxış etmişəm. Maliyyə məsələlərinə çox girmək istəmirəm. Yaxşı, əgər mənim Azərbaycan futboluna aidiyyətim yoxdursa, Avropa Liqasının finalında ulduzlarla oyuna niyə dəvət aldım? Hələ özümdən başladım. 

Burada 55 ildən çox Azərbaycan futboluna xidmət etmiş, "Neftçi" ilə 66-cı ildə SSRİ-nin bürünc medalını qazanmış həkim Boris Xetaqurov var. Amma qalıb futboldan qıraqda. Halbuki bu gün Azərbaycan futbolu onun təcrübəsindən faydalanmalıdır. Futbol deyəndə ancaq məşq prosesi nəzərdə tutulur, amma həkimin müdaxiləsi olmadan böyük futbolçu ola bilməzsən. 

"Neftçi"nin kapitanı olmuş, adına akademiya qurulan Asəf Namazova verilən dəyər budurmu? Səmədağa Şıxlarov... Mən gənc ikən onun yanında oynamışam. Bu, Renat Dasayev kimi qapıçının qapısından qollar keçirən, azarkeşləri ayağa qaldıran Səmədağa Şıxlarovdur... Novruz Əzimov, Samir Ələkbərov - hamısı əfsanədir. FİFA referisi, beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi, Həvəskarlar Liqasının vitse-prezidenti, bədən tərbiyəsi və idman işçisi Orucəli Durmuşov... Həkim Naib Abdulla... U-19 yaşlılardan ibarət millidə birlikdə işləmişik. Əfqan Həmzəyev də bildiyiniz kimi, sabiq FİFA referisidir, hazırda isə Avropa Minifutbol Federasiyasının Hakimlər Komitəsinin təlim-təhsil qrupunun rəhbəri və Dünya Minifutbol Federasiyasının Hakimlər Komitəsinin sədridir".

Naib Abdulla: "AFFA-nın mətbuat xidməti yazıb ki, orada olan adamların nə dünən, nə də bu gün AFFA ilə heç bir bağlılığı olmayıb...”

Orucəli Durmuşov: "Ömür boyu AFFA üçün işləmişəm. O özü utanmır ki, kənardan gəlib Azərbaycan futboluna rəhbərlik edir. Orada futbol adamları yoxdur. Nazim müəllimin sadaladıqları hamısı futbol adamlarıdır. Mən veteranam, AFFA-dan əməkhaqqı alıram. Azərbaycan futbolu üçün canımızı qoymuşuq. Biz başqa ölkə üçün yox, Azərbaycan üçün işləmişik. O isə deyir ki, orada futbol adamları yoxdur".

Nazim müəllimin sözlərinə görə, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının təşəbbüs qrupunu yaratdıqdan sonra Elxan Məmmədov özü şəxsən zəng vurub və onları AFFA-ya dəvət edib. Və 12 nəfərlik Təşəbbüs Qrupu olaraq gediblər Elxan Məmmədovun qəbuluna. Lakin "Mən sizi dəstəkləyirəm, sizin kimi təşkilat yoxdur. Sənədləri gətirin verin", - deyən baş katib sonra da bəyanat yaydırıb ki, sözügedən şəxslərin Azərbaycan futboluna heç bir bağlılığı yoxdur. 

Maraqdan soruşduq ki, bəs ikinci dəfə Elxan Məmmədovla görüşməyə cəhd olunubmu? Suala veteranlar onları Azərbaycan futbolunun bir hissəsi kimi qəbul etməyənlə görüşməyin mənası olmadığını bildirdilər.

Nazim Süleymanov onları müxalif adlandıranlardan da söhbət açıb: "Biz müxalifik? Biz kimə müxalifik? Biz sadəcə Azərbaycan futbolunun çiçəklənməsini istəyirik. Gələcək nəsillər üçün çalışırıq. Niyə Zərdabdan, Gədəbəydən, Astaradan oyunçu çıxmasın? Gərək əkəsən ki, barı gəlsin. Yoxsa biz əkmədən deyirik ki, futbolçunu haradan götürək?!"

Ötən günlərdə Həmkarlar İttifaqının üzvü olan Əfqan Talıbov və Babək Alxasov ərizə yazaraq qurumdan çıxmaq istədiklərini bildiriblər. Onlara hər hansısa bir təklif gəldiyi üçünmü gediblər, ya başqa nə səbəb olduğunu da ittifaq rəsmilərindən soruşduq: "Biz bilmirik onlara nə təklif olunub. Bildiyimiz odur ki, bu günə qədər 487 nəfərdən iki nəfər çıxmaq üçün ərizə ilə müraciət edib. Biz nə deyirik ki, biz bəyəm kimisə bura gətirməyə məcbur etmişik? Bizim qapımız yenə də açıqdır. Kim istəsə müraciət edər, istədiyi vaxt da çıxıb gedə bilər". 

Ərizələrdən söhbət açılmışkən Əfqan Həmzəyev maraqlı bir məqama toxundu. O, qurumdan ayrılanların ərizəsini göstərək qeyd etdi: "Təşkilatı qəbul etməyən insanlardan gələn məktub. Ərizənin başlığına AFFA-nın Həmkarlar İttifaqının sədri cənab Nazim Süleymanova... Vəssalam. Bununla da hər şey deyildi. Əgər sən qəbul edirsənsə, bu AFFA-nın Həmkarlar İttifaqıdır və heç bir səbəb göstərmədən gedirsən. Biz deyirik ki, gedəndə səbəb yazın. Ki, bəlkə nəsə səhv var, biz onu düzəldək. Burada isə heç bir səbəb göstərilməyib. Ancaq biz yenə də gedən kimsənin arxasınca danışmayacağıq. Təki burdan gedən hər bir kəsə xeyirli olsun". 

Müzakirələr əsnasında bir müddət öncə AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla müsahibəmizdə Nazim müəllimin yaratdığı Veteranlar İttifaqı barədə də danışdığımızı və o, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, parçalanmaqdansa, bir qurum altında birləşib çalışmağı məqsədəuyğun gördüyü məqama da toxunduq. 

Veteranların bu fikrə münasibətləri belə oldu: 

Nazim Süleymanov: "Onda olmazdı ki, Məşqçilər Komitəsi ilə Veteranlar İttifaqı bir yerdə ola?"
Əfqan Həmzəyev: "Ayın 28-də keçiriləcək konfransda yəqin ki, Vaqif Sadıqov da iştirak edəcək. Çox xahiş edirəm, ona bir sual ünvanlayın: Vaqif Sadıqovun futbola gəldiyi gündən bu günə qədər Azərbaycan futboluna hansı xeyri dəyib?"
Səmədağa Şıxlarov: "İkinci sualı da mən deyim. Azərbaycan futbolunun veteranları nə vaxt bir olub ki, bu gün də parçalansınlar? Mən 13 ildir ki, ora getmirəm. Müəyyən səbəblər var, dəvət olunmurasan, çağırılmırsan, səfərlərə başqalarını aparırlar. Kimləsə oturub çörək yemək, çay içmək o demək deyil ki, birdirlər". 

Hər mövzuda geniş müzakirələrin aparıldığı toplantıda 8 komandalı "Bakı çempionatı", bölgələrdə futbolun olmaması, uşaq futbolunun bərbad durumda olması, uşaq akademiyalarının olmaması və əvəzedicilər liqasının ləğv olunaraq oyun-alqı satqısının tuğyan etdiyi I Diviziona birləşdirilməsi kimi məqamlara da toxunuldu.
 
Xüsusilə də, son günlər gündəmi zəbt edən I Divizionda oyun alqı-satqısı faktları ilə bağlı Əfqan Həmzəyev bildirdi ki, başqa ölkələrdə bir divizionda komandanın adı üçdən yuxarı oyun alqı-satqısında hallanırsa, komandanın bütün nəticələri ləğv edilir və çempionatdan kənarlaşdırılır, əgər bir çempionarda üçdən artıq klub oyun alıb-satırsa, divizion ləğv edilir və FİFA tərəfindən yüksək məbləğdə cərimə ödəyir. Ancaq bizdə bir komandanın heyətindən 17 futbolçu oyun satır, heç nə olmamış kimi komanda divizionda çıxış edir. Bu nə deməkdi, a kişi? Hansı qanuna əsaslanırlar? Hamısı bir oyun satıblar? Aşağısı 10 oyun satıblar. Niyə çıxartmırlar, niyə qovmurlar? Çünki FİFA-nın yanında biabır olacaqlar. Deyəcəklər, sizin təşkil etdiyiniz çempionat bundan artıq olmaz. 

Tədbir boyunca sakit oturan Novruz Əzimovun əslində sakitliyinin səbəbi bəlkə də içində yığılanlar imiş. Ki, artıq bir yerdən sonra səbrini boğa bilmədi və ayağa qalxaraq qeyzlə çıxış etdi. O, Azərbaycan futbolunu talayanları xəyanətakar adlandırdı: 

"İki fakta toxunacam. İstənilən sivil ölkədə belə əks-nəticələr göstərən federasiya rəhbərliyi tam tərkiblə istefa verib gedir. Amma bunların mətbuat barədə, azarkeşlər barədə işlətdikləri ifadələr necədir: "Onların yazdıqları süni tənqiddir"... Doğrudan da Azərbaycanda bu gün cənab prezidentimizin yürütdüyü uğurlu siyasət sayəsində ölkə səviyyəsində islahatlar gedir. Azərbaycan futbolunda belə səviyyəsiz, utandırıcı nəticələr varsa, niyə heç nə dəyişməməlidir? Buna cavab verilsin. Bu bir. 

İkincisi isə, Elxan Məmmədov deyib ki, mən bilsəm, mənim yerimə kimsə gəlib və Azərbaycan millisi bundan yaxşı nəticə göstərəcək, mən postumdan gedərəm. Bu mümkündür. Çünki Azərbaycan dövləti futbolun inkişafına lazım olan qədər maliyyə ayırır. Ancaq o pulun bir hissəsi başqa istiqamətə yönəlir, ayrı-ayrı vasitələrlə mənimsənilir, oğurlanır. Özü də biri var 100 %-in 10 %-i, biri də var çox faizi həyasızcasına mənimsənilir. Bu gün Azərbaycan futbolunu daha yaxşı vəziyyətə gətirmək üçün ayrılan vəsait bəlkə də lazım olandan da çoxdur. Sağ olsun dövlətimiz. Əgər bu vəsaitin hamısı futbolun inkişafına ayrılsa, 4-5 il ərzində böyük fərq hiss etmək olar. Bunu mən hər bir məqamı fikirləşərək deyirəm. Klublar necə işləyir, yaxşı bilirsiniz. Gəncə klubunun timsalında olan hadisələr  hamının yadındadır və heç bir şey açıqlanmadı. Demədilər ki, bu vəziyyətlər niyə yaranıb. Hansı ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri dedi, bütün klublar belə işləyir. Bu fakt deyil? Hansı bir yerdə belə fakt olsa, hamısı istefaya getməli idi. Bu, səhv deyil, bu xəyanətdir". 

Yuxarıda qeyd olunan və daha bir çox mövzuların müzakirə olunduğu AFFA Həmkarlar İttifaqı və mətbuat nümayəndələrinin toplantısı 4 radələrində başa çatdı. 

Röya Kərimli
Sport7.az

Oxşar xəbərlər

Xəbər lenti

28 May 2020
09:29

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

09:17

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

08:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

00:47

Bundesliqa: "Şalke 04" yenə uduzdu, "Layptsiq" evdə xal itirdi

27 May 2020
23:44

Fransa çempionatı ilə bağlı çıxarılan qərar dəyişdirildi

22:38

Kimmixdən yeni rekord

20:02

Bundesliqa klubu hücumçusunu itirdi

19:30

"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

18:25

NHL-də pley-off cütləri müəyyənləşdi

17:41

Balotelli əsas komandanın məşqlərində iştirak etmir

17:27

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

17:18

"Avropa çempionatı və Çempionlar Liqasını qazanmaq istəyirəm" - Mbappe

16:35

Premyer Liqa klubları təmas məşqlərinə başlayır

16:21

Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ

16:08

"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

15:34

Almaniya Kuboku: Yarımfinalların vaxtı açıqlandı

15:10

"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

15:05

Hər kəsin bildiyi, Elxan Məmmədovun görmədiyi – HƏQİQƏT

14:40

"Sabah"ın yeni transferi nə qədər maaş alacaq?

14:24

Millidən göndərilən xorvat: "Ən layiqli namizədlər Qurbanovla Sadıqovdu"

14:05

Afrika Millətlər Kuboku təxirə salınır

13:38

"Neftçi" rəhbərliyi çətin durumda

13:30

İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

13:10

Demiral yaşıl meydanlara qayıdır

12:58

Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO

12:36

Rəhmanoviç "Qarabağ"a gəlir? - AÇIQLAMA

12:30

Flik Quardiolanın rekordunu təkrarladı

12:11

Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

12:05

Mbappe bu futbolçulara pərəstiş edir - ADLAR

11:51

"Qarabağ" milli üzvünü transfer edir?

11:40

"Realist olmaq lazımdı: "Bavariya" çempion olacaq"

11:23

Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

11:05

NHL qayıdır: Mövsümün bərpa planı açıqlandı

10:51

Nigeriyalı futbolçu pasportunu yeniləmək üçün Azərbaycana gəlir

10:43

Kamil Zeynallı: “Gülay ağlayaraq soruşdu ki...” - FOTO

10:35

"Real"da yeni müqavilə

10:22

"Formula 1"in avtomobil istehsalçısı "McLaren"də kütləvi ixtisar

10:09

Maykl Essyen karyerasını "Səbail"də bitirəcək

09:30

A Seriyasının rəhbərliyi klublarla çempionatın bərpa tarixini razılaşdırdı

09:00

"Bavariya"nın "Borussiya" üzərində qələbəsi - VİDEO

08:20

Ronaldunun sevgilisi "Women's Health"ın üz qabığına belə düşdü - FOTO

01:00

Dmitri Nazarov 4 qol gördü

00:30

Bundesliqa: "Bavariya" Dortmund səfərindən qalib döndü

26 May 2020
23:07

Millimizin üzvü "quru" darmadağına sevindi

22:10

Fərid qələbə qazandı, bəs Samir hanı?

21:54

Serbiya mətbuatı Stamenkoviçin xeyirxahlğından yazdı

19:20

Zidan Poqbadan əl çəkmir

18:15

Ən yaxşı MMA döyüşçüsü kimdi? - Həbibi seçmədi

17:36

20 milyon avroya Levandovski - "Real"ın qaçırdığı fürsət

17:34

"Rasim Kara kişi deyil" və ya 250 mini kimdən soruşaq?

17:01

"Quardiolanın məşqləri universitet oxumağa bənzəyir"

16:36

"Mayk Taysonu dişləmək istəyirdim" - Evander Holifild

16:09

"Feyenoord"un növbəti baş məşqçisi Dirk Köyt olacaq

15:33

"Real" futbolçusunu "Milan"a göndərir

15:06

İbrahimoviçin zədəsi nə qədər ciddidi? - "Milan"dan açıqlama

14:38

Koronavirus testlərinin azlığı NBA-nın bərpasını gecikdirir

14:01

Ronaldu: "Mən tarixin ən yaxşı futbolçusuyam"

13:49

Villaş-Boaş gələcəyi ilə bağlı qərar verdi

12:39

Həbib koronavirus testi verməkdən imtina etdi

12:14

Bundesliqada liderlərin dueli: "Borussiya" "Bavariya"ya qarşı

11:52

"Heç vaxt Maykl Cordanın fanatı olmamışam" - Tim Dankan

11:45

Alleqri qayıdır

11:31

Son mənzilə Rəşad Sadiqovun çiyinlərində yollanan hücumçu - VİDEO

11:17

"Azərbaycana getməli idim, ayağım sındı"

10:45

ÇL tarixinin ən yaxşı məşqçiləri: Zidan Quardiolanı qabaqladı (SIRALAMA)

10:00

"Mançester Siti" Sanenin əvəzedicisini tapıb

09:44

İngiltərə millisinin üzvü koronavirusa yoluxdu

09:20

Ən yaxşı argentinalılardan ibarət heyət: Maradona və Lavessi var, İquain yoxdu

09:00

"Roma"nın sabiq üzvü 21 yaşında dünyasını dəyişdi

08:30

Mostovoy: "Ayazın gedişi "Spartak" üçün itki sayılmayacaq"

Facebookdan bizi izləməyi unutmayın.