13:58 07.07.2020 1987

AFFA-dan kreativ addım: Biz hazırıq!

Nihat Ağasoy 

Hər şey yaxşıdı. Yaxşı ki, ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların Qəbələdə məşq etməsinə, yoldaşlıq oyunları keçirməsinə icazə verdilər... Əla turnir idi. Sonra da bəyənmirik, bizimkilər işləmək istəyəndə işləyir axı.

Əslində daha erkən də başlamaq olardı. Amma bu kreativ ideyanı o qədər də gec olmadan həyata keçirmək alqışalayiqdi. Zarafat deyil, "yuxarılar"ı razı salmaq üçün əməlli-başlı döyüşdülər. Elə Məmmədov da "malades", həyatında ilk dəfə özünü futbol ictimaiyyətinin sözünü deyən adam kimi apardı...

Sabah "Qarabağ" Çempionlar Liqasındakı rəqibini tanıyacaq, o biri gün Avroliqa yolçuları. Komandalarımız futbol başbilənlərinin cəsarəti sayəsində çətin durumdan çıxış yolu tapdı.Bundan sonra baş məşqçilər də uğursuzluqları sadə bəhanə ilə ört-basdır etməz. Lənət şeytana, uğursuzluq niyə? Alnımıza yazılıb məgər?  

Avropa "səyyahlar"ı gözləniləndən də yaxşı hazırlaşdı. Həm istədikləri legionerlər gəldi çıxdı, həm də Azərbaycanın futbol başbilənlərinin ortaya qoyduğu iradə komandaların döyüş ruhunu arzulanan səviyyəyə qaldırdı.

Dayandırılan çempionatın əbədi xatirəsinə sayğı olaraq birdəqiqəlik sükutla başlayan "Qəbələ", getmə belə" turnirinin təşkili qəribə başlayan 2020-nin ən yaddaqalan olaylarından oldu. Lənət şeytana, bu nə ad idi seçmişdilər? Bu nə dayaz romantikadı, bu nə bayağı improvizasiyadı belə... Addan bir az Üzeyir Mehdizadə yaradıcılığı, bir az da keşniş-şüyüd qoxusu gəlmirmi? Hər halda, PFL-i yaxına buraxsaydılar, hər şey fərqli alınardı. 

Nə isə... Birini qoyub o birini başlamayaq.

Əsas odu ki, bizim futbol başbilənləri varkən yox olmadıqlarını isbatladılar. Döyüşdülər və Azərbaycanın pandemiya ilə mübarizə apardığı qarışıq dönəmdə avrokubok iştirakçılarının xüsusi icazə almasına nail oldular. Şükürlər olsun ki, Qəbələdəki komandaların heç birində virus simptomları aşkarlanmadı. Etiraf da yaxşı şeydi. Kimin ağlına gələrdi ki, AFFA-nın icraçı vitse-prezidenti bütün dövlət qurumlarına şəxsən baş vurar, ölkə prezidentinə 500 imza ilə məktub yazdırar? Deyirlər, son vaxtlar yaman əl-ayağa düşüb, özünün işbilən kadr olduğunu göstərmək naminə sutkanın 16 saatını işə həsr edir. Bəlkə də boş-boş söhbətlərdi, yuxarıda toxunduğum ad məsəsləsini kənara qoysaq, adam turnirin təşkiliylə bağlı az iş görmədi. Hələ marketinq məharətini bomba kimi partlatmasına göz yummaq qərəz olar. İki milyon manat reklam gəliri indiki durumda istedad fışqırtısı deyilsə, nədi?    

Uzağı həftəsonuna pandemiya ilə müharibədə qalib gəldiyimiz də açıqlanacaq, AFFA-dakı futbol başbilənlərinin cəsarətindən güc alan komandalarımız bir qədər də həvəslənəcək. Gözəl seyirlər. Bu il futbol bambaşqa olacaq.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

23 Yanvar 2021
15:41

Türk klubu xorvat hücumçu aldı

15:14

Millimizin oyunları Belçikada olacaq

14:48

Olimpiadada iştirak edəcək idmançılara peyvənd vurulacaq?

14:29

"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu

13:59

"Barselona"nın sabiq baş məşqçisi klubdan 4 milyon avro istəyir

13:42

“Qalatasaray”ın yeni transferi İstanbulda

13:24

Sən gedəli...

12:41

Günün oyunlarına necə baxaq? - AFİŞA

12:22

Millimizin futbolçusu Niderland klubunda debüt etdi

11:57

Premyer Liqa: II dövrənin ən yaxşı komandası bəlli oldu

11:34

Dünya çempionu "Real"dan gedir

11:02

“Sumqayıt”dan 75-ci qələbə

10:53

Qurban Qurbanovla 800-cü qol

10:41

Nazirlikdən Azad Rəhimovun səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

10:07

Tahir Yusifov koronavirusdan vəfat etdi

09:48

Azərbaycan karateçiləri karyeralarını bitirib məşqçiliyə başladı

09:26

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22 Yanvar 2021
23:38

Prandelli: "Kokorinin müqaviləyə imza atmasını gözləyirik"

23:23

"Milan" "Çelsi"nin oyunçusunu icarəyə götürdü

21:36

"Roma"ya yenə texniki məğlubiyyət verildi

20:40

İngiltərə klubunun forvardı "Qalatasaray"da

19:58

Belarus daha bir yarışdan məhrum edildi

18:26

Yunis Hüseynov: "Keşlə"də hər artıq çəkiyə görə cərimələr var"

18:18

Ayxan Abbasov: "Transfer düşünmürük, çempionata köklənmişik"

17:58

"Sumqayıt" "Keşlə"ni məğlub etdi

17:27

Küçə futbolunda kəşf edilən futbolçu məşhur klubda

17:11

Azərbaycanda idmançılar nə vaxt peyvənd olunacaq?

16:58

Musa Qurbanlı “Zirə”nin tarixinə düşdü

16:43

Füzuli Məmmədov: "Qarabağ"a məğlubiyyətdən sonra..."

16:27

"Arsenal"da yeni qapıçı

16:06

Zidan koronavirusa yoluxdu

15:41

“Kəpəz” 3 futbolçu ilə anlaşdı

15:13

"Zirə"dən yubiley qolu

14:57

Millimizin oyununun hakimləri açıqlandı

14:13

Kamal Umudlu: "Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı"

13:59

MOİK-in sabiq oyunçusunun meyiti tapıldı

13:35

Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununda

13:16

“Real”ın oyununun vaxtı yenə dəyişdi

12:33

AFFA Ukraynadan 2 futbolçunu milliləşdirə bilər

12:15

Ozobiçin durumuna aydınlıq gəldi

11:53

Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq

11:04

Daha bir Polşa klubundan Mahir Emreliyə təklif

10:43

Kamil Zeynallı boşanıb? - VİDEO

10:28

Türk futbolçu Fransada "ən yaxşı" seçildi

10:07

AVRO-2020: UEFA təşkilatçıların sayını azaldır

09:45

Millimizdə yeni baş məşqçi

00:03

Bakılıların duelindən lider qalib çıxdı - VİDEO

21 Yanvar 2021
22:50

Mahir Emreli vurduğu qolu şəhidə həsr etdi - VİDEO

21:53

"Zirə" "Qəbələ"ni belə yendi - VİDEO

21:40

Visente Qomez: "Futbolda faciə olmur"

20:34

Qurban Qurbanov: "Mahirə Polşa klubundan təklif gəlib"

20:01

APL: "Neftçi" və "Qarabağ" qazandı, Musa debütdə sevindirdi

19:09

Elmar Baxşiyev "Zirə"yə məğlubiyyəti dəyərləndirdi

18:58

Rəşad Sadıqov: "Əmin idim ki, Musanın adaptasiya problemi olmayacaq"

18:50

Aftandil Hacıyev: "Əfran ən yaxşıdırsa, bu, utancvericidir"

18:31

Samir Abasov: "Sadəcə, üç xala sevinirik"

17:35

Vətən müharibəsi qaziləri paralimpiyaçı olacaqlar

17:03

Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər

16:32

MOK rəsmisi İTV-də aparıcılıq edəcək

16:17

Kamal Umudlu üçün "qələbə dəhlizi"

15:50

Millimizin oyununa qadın hakim təyinat aldı

15:39

Avrokuboklarda səfər qolu qaydası ləğv edilir

15:26

Klublarımızın koronavirus testlərinin nəticəsi açıqlandı

15:01

Turun son oyunu Əliyar Ağayevə tapşırıldı

14:41

AVRO-2020: UEFA-dan təşkilatçı şəhərlərlə bağlı açıqlama

14:28

Çempinlar Liqasının formatı tamamilə dəyişdiriləcək

13:52

Millilikdən uzaq milli

13:42

"Real" Zidanın yerinə onu gətirir - İDDİA

13:33

“Yuventus”a superkuboku qazandıran qələbə – VİDEO

13:14

“Güllə yağışı”ndan çıxıb qara düşən hakimimiz – Umudlu yenidən görəv başında

Facebookdan bizi izləməyi unutmayın.