İtaliya A Seriyasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
3-cü turdan təxirə salınmış oyunda "Yuventus” "Napoli”ni qəbul edib. Turin təmsilçisi 3 qolun qeydə alındığı bu oyundan qalib ayrılıb.
Lider "İnter” isə 28-ci turdan təxirə salınmış oyunda "Sassuolo”nu sınağa çəkib. Milanlılar da "Yuventus" kimi çətin qələbəyə sevinib.
İtaliya A Seriyası
7 aprel
3-cü turdan təxirə salınmış oyun
Yuventus – Napoli 2:1
Qollar: Ronaldu, 13. Dibala, 73 – İnsinye, 90-pen.
28-ci turdan təxirə salınmış oyun
İnter – Sassuolo 2:1
Qollar: Lukaku, 10. L.Martines, 67 – Traore, 85.