16:21 11.05.2020 104

8-ci “Zirvə Oyunları” Astaradakı universal basketbol arenasının açılışı ilə start götürdü - FOTO/VİDEO

May ayının 10-da Astara AAAF Park Kompleksində "Zirvə” Beynəlxalq İdman Klublarının yeni universal və multifunksional basketbol arenasının açılış mərasimi keçirilib. Tədbirdə qonaq qismində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak edib. Onu "Zirvə” BİK-in prezidenti Tofiq Heydərov qarşılayıb.

Qırmızı lent kəsiləndən sonra zalda qısa gəzinti təşkil edilib. Başçı Qəzənfər Ağayevə məlumat verilib ki, yeni arenanın 600 nəfərlik tamaşaçı tutumu var. Əsasən basketbol matçları üçün nəzərdə tutulan arenada kiçik yaşlı idmançılar ən yüksək səviyyəli şəraitdə məşqlər edə, oyunlar təşkil edə, yüksək ixtisaslı məşqçilərin rəhbərliyi altında beynəlxalq yarışlara hazırlaşa bilərlər. Bununla yanaşı, burada uşaq atletikası, kamandan oxatma, qılıncoynatma, badminton, stolüstü tennis, karate, taekvondo, voleybol və digər növlər üzrə yarışların keçirilməsi mümkündür.

Arena çoxfunksiyalı bazada yerləşir. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

Qeyd olunub ki, zal bu yay keçirilməsi nəzərdə tutulan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan 8-ci Zirvə Beynəlxalq İdman Oyunlarının əsas yarış meydançasına çevriləcək. Açılış gününün də məhz Ulu öndərin doğum gününə təsadüf etməsi onun xatirəsinin bir daha yad edilməsi, ölkəmizin bu günü və gələcəyi üçün etdiklərinə görə bir təşəkkür kimi başa düşülməlidir.

Açılış mərasimi dünyada tüğyan edən pandemiya səbəbindən tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilərək həyata keçirilib. Qoruyucu vasitələrdən yararlanılıb, sosial məsafə saxlanılıb, kütləvi toplaşma limiti gözlənilib. Çıxış üçün söz ilk olaraq Astara Rayon icra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə verilib. O, hisslərini belə ifadə edib: "Bu gün həqiqətən də özəl bir gündür və məhz bu gün belə gözəl bir zalın açılışı bizim hamımızı sevindirir. Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən biz bu tədbiri daha təmtəraqlı edə bilmədik. Ancaq əminəm ki, gələcəkdə burada keçiriləcək böyük yarışlar zamanı hər kəs bu günün dəyərini anlaya biləcəkdir. Bu gün anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz Ulu öndər Heydər Əliyev daima gənclərin qayğısına qalıb və idmana himayəsini əsirgəməyib. Onun bu siyasətini hazırda cənab prezident İlham Əliyev davam etdirir. O, idmanın inkişafına öz dəstəyini verir, böyük qayğı göstərir. Bu möhtəşəm idman zalının tikilməsində əziyyəti olan hər bir kəsə, xüsusilə də "Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərova bu işinə görə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Xeyirli və uğurlu olsun, daima qələbə səsləri eşidilsin”.

Daha sonra "Zirvə” BİK-in prezidenti Tofiq Heydərov çıxış edib: "Hörmətli, Qəzənfər müəllim, əziz idmançılar. Sizləri salamlayır, xoş gəlmisiniz deyirəm. Bildiyiniz kimi, bu ilin may ayı üçün nəzərdə tutduğumuz 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları məlum səbəblərdən bir qədər başqa formatda keçirilir. İlk olaraq bütün karantin qaydalarına riayət etmək şərtilə basketbol və uşaq atletikası yarışlarına start verdik. Hər il yarışlarımızda daha çox idmançı iştirak edir. Bütün çətinliklərə baxmayaraq, bu il də istisna olmayacaq. Yarışları ilboyu təşkil edərək daha çox iştirakçıya şans vermək imkanı əldə edəcəyik. Bildiyiniz kimi, bu yarışlar ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Mən özüm Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən ilk idmançılardan olmuşam. Ovaxtlar – 90-cı illərin əvvəllərində bizim nəinki təlim-məşq toplanışlarını etməyə, heç adi məşq etməyə belə zalımız yox idi. Öz vəsaitimiz hesabına dünya və Avropa çempionatlarında iştirak edirdik. Ümummilli liderin 1995-ci ildə biz idmançılarla görüşündən sonra idmana qayğını öz üzərinə götürməsi böyük bir stimul oldu, ölkənin idman həyatında böyük dəyişikliklər başladı. 1997-ci ildə cənab prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra biz daha da sürətləndik. Və hazırda Azərbaycan dünyada bir idman ölkəsi kimi tanınır. İstər idman qurğularının inşası, istərsə də yarışların təşkili baxımından hər il ölkəmiz böyük uğurlara imza atır. 2019-cu ilin yekunları ilə əlaqədər keçirdiyi iclasda çıxış edən prezident İlham Əliyev sağlamlığın vacibliyin önə çəkdi və rayonlarda, kəndlərdə idmanın inkişafı etdirilməsinin böyük əhəmiyyət daşdığını deyərək, müvafiq tapşırıqlarını verdi. Bu da prezidentimizin idmana necə həssas yanaşmasının bir təsdiqidir. Biz də bundan sonra qərara aldıq ki, 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının yalnız bir şəhərdə yox, həmçinin kəndlərdə də təşkil edək. Bugün bu basketbol arenasının açılışı bizləri çox sevindirir. Bilirsiniz ki, bu il böyüklər arasında basketbol Superliqasının qalibi məhz bu şəhəri – Astaranı təmsil edən "Zirvə Astara” komandası oldu. Mən komandanın bütün üzvlərini təbrik edirəm. Qeyd etmək istərdim ki, komanda legionerlər və digər şəhər və rayonlarının nümayəndələrindən təşkil olunub. İnanıram ki, bu kimi zalların açılışından sonra yerli – astaralı idmançılar da zirvələrə doğru irəliləmək, çempion komandada yer almaq, qalib olaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək şansı qazanacaqlar. Mən bir daha bu arenanın inşasında əməyi keçən insanlara, həmçinin Astara RİH-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirir, bütün idmançılara uğurlar arzulayıram”.

Daha sonra Tofiq Heydərov 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarını rəsmi şəkildə açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Bu zaman Zirvə Beynəlxalq İdman Klublarının və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb. Bayraqdar rolunda 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının qalibləri Aylin Həsənli və Məmmədəli Qasımov çıxış ediblər.

Sonra yarışlara start verilib. İdmançılar səbətə top atmada qüvvələrini sınayıblar. Hər bir gənc basketbolçu 1 dəqiqə ərzində maksimum sayda topu səbətdən keçirməyə və qalib olmağa çalışıblar.

Oxşar xəbərlər

Xəbər lenti

29 May 2020
22:43

Məşhur hakim fahişəxanaya basqın zamanı saxlanıldı

19:15

"Borussiya"da zədə problemi: Holand oynamayacaq

18:54

Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək

18:45

Operativ Qərargahdan qapalı idman müəssələri ilə bağlı açıqlama

18:10

Bundesliqada 29-cu tura start verilir

17:58

Rusiya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı

17:33

"Liverpul" "Enfild"ə həsrət qalacaq - Çempion olana kimi

17:03

Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi

17:02

Verner "İnter"ə keçməyəcək

16:37

Dieqo Kosta azadlıqdan məhrum edilə bilər

16:08

"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını andılar

15:35

Mədət Quliyev dayanmadan 7 saatdan çox velosiped sürdü - VİDEO

15:25

"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)

15:24

Lautaro Martines "Barsa"da nə qədər qazanacaq?

15:18

İranlı futbolçu: "Səbail"lə razılıq əldə etdim, oynayacağam"

14:56

La Liqada cari mövsümün bərpa və yeni mövsümün başlama vaxtları bəlli oldu

14:37

İngiltərə Kubokunun təqvimi açıqlandı

13:54

"Neymar yalnız Messidən geri qalır" - "Barsa"nın keçmiş prezidenti

13:25

UEFA ÇL-in finalını İstanbuldan ala bilər

13:08

At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər

12:57

Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

12:35

Dünyanın ən dəyərli klubları - SIRALAMA

11:56

"Arsenal"da istefa

11:52

Azərbaycanda baş redaktorun anası koronavirusdan dünyasını dəyişdi

11:11

Premyer Liqa: Oyunların başlama saatları açıqlandı

11:06

PSJ-nin qapıçısı yol qəzasına düşdü - FOTOLAR

10:56

Bundesliqanın liderinə ağır cəza

10:44

Qrossmeysterimiz "İpək Yolu Kuboku"nun qalibi oldu

10:40

"Arsenal"ın ulduzu "İnter"in təklifini rədd etdi

10:10

Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər

09:35

İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşdi

09:05

Viktor Valdesin yeni iş yeri bəlli oldu

08:20

"Ona vurulduğum üçün "Qalatasaray" azarkeşi oldum" - FOTOLAR

28 May 2020
21:00

Türkiyə klublarından Azərbaycana təbrik

19:43

Premyer Liqa bu tarixdə bərpa olunacaq

19:28

PSJ-ni "Arsenal"a dəyişir

19:13

Türkiyə Super Liqası ilə bağlı rəsmi qərar açıqlandı

18:15

Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır

17:37

"Qalatasaray" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir

17:05

Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər

16:30

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

16:04

"Formula 1" üzrə Niderland Qran-prisi baş tutmayacaq - RƏSMİ

15:47

Mayk Tayson şou proqramda kütləvi dava saldı - VİDEO

15:42

“Qalatasaray” Azərbaycanı təbrik etdi

15:42

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

15:17

"Neftçi” və “Qarabağ”:100-dən çox böyükhesablı qələbə

15:12

"Şişirdilmiş" futbolçular - TOP-10

14:38

"Yuventus" Pyaniçə görə Frenki de Yonqu "Barsa"dan istəyir

14:10

Makqreqor titul döyüşünə çıxmayacaq - UFC prezidenti icazə vermədi

13:40

"Atletiko"nun daha bir oyunçusu sıradan çıxdı

13:15

MY transferlər üçün kredit götürdü - 140 milyon

13:14

"9 aylıq hamilə olanda..." - FOTOLAR

12:44

Beyl "Real"da qala bilər

12:36

"Qarabağ"ın adı ilə süni manipulyasiya edilir"

12:30

"Şalke"nin növbəti məğlubiyyəti - VİDEO

11:51

4 qol vuruldu, "Layptsiq" xal itirdi - VİDEO

11:43

“Qarabağ”a gəlmiş gözəlçə indi modellik edir - FOTOLAR

11:05

Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)

10:57

Avropanın məşhur klubunu almaq istəyən azərbaycanlı iş adamı kimdir?

10:47

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

10:27

"Barselona" yox, "Real" lider olsaydı, La Liqanı erkən bitirərdilər"

10:20

Ulduz futbolçunun xanımından açıq-saçıq görüntülər - FOTO/VİDEO

09:35

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

09:29

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

09:17

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

08:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

00:47

Bundesliqa: "Şalke 04" yenə uduzdu, "Layptsiq" evdə xal itirdi

27 May 2020
23:44

Fransa çempionatı ilə bağlı çıxarılan qərar dəyişdirildi

22:38

Kimmixdən yeni rekord

20:02

Bundesliqa klubu hücumçusunu itirdi

Facebookdan bizi izləməyi unutmayın.