19:30 23.01.2021 137

67-ci oyun, 20-ci rəqib

Sabah Azərbaycan Kubokunda 2020/21 mövsümünə start veriləcək. 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək. "Qəbələ” ikinci oyun günündə meydana çıxacaq.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” 1-ci divizion təmsilçisi "Turan Tovuz”la üz-üzə gələcək. Komanda 1/4 finala vəsiqə uğrunda görüşü səfərdə keçirəcək.

Bu qarşılaşma ilə "Qəbələ” ölkə kubokunda 16-cı dəfə mübarizəyə qoşulacaq. Ötən mövsüm koronavirus pandemiyası üzündən başa çatmadığı üçün Azərbaycan kubokunun son qalibi sayılan "Qəbələ” 2018/19 mövsümündə titula yiyələnib. Turnirdə 2005/2006 mövsümündə debüt edən "qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/2019) yarışda daha üç dəfə finalda (2013/2014, 2016/17, 2017/2018) oynayıb. Dörd mövsümdə yarımfinalçı (2007/2008, 2008/2009, 2015/16, 2019/20) olan komanda ötən turnirdə bu mərhələyədək irəliləsə də, oyunlar baş tutmayıb. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran "qırmızı-qaralar” üç mövsümdə (2005/2006, 2006/2007, 2009/2010) yarışla daha erkən - 1/8 finalda vidalaşıb.

"Qəbələ” ölkə kubokunda 67-ci oyununa çıxacaq. İndiyədək keçirilən 66 qarşılaşmada "qırmızı-qaralar” 36 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarından 112 top keçirən futbolçular 55 qol buraxıb. Kubokdakı son 7 matçda meydanı qolsuz tərk etməyən "Qəbələ”nin davam edən qələbə seriyası 3 oyundan ibarətdir.

Azərbaycan kubokunda 195 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Urfan Abbasov hamıdan çox – 28 oyunda iştirak edib. Voislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı, Asif Məmmədov 16 dəfə şans qazanıb.

Ölkə kubokunda vurulan 112 qola 56 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. "Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.

"Qəbələ” tarixində ilk dəfə "Turan Tovuz”la qarşılaşacaq. Komanda indiyədək kubokda 19 rəqiblə üz-üzə gəlib. Tovuz təmsilçisi "qırmızı-qaralar”ın 20-ci rəqibi olacaq. "Qəbələ” daha çox – 9 dəfə "Qarabağ”la qarşılaşıb. AZAL və "Bakı” ilə 6, "Neftçi” və "Keşlə” ilə 5 oyun baş tutub.

Xatırladaq ki, yanvarın 25-də keçiriləcək "Turan Tovuz” - "Qəbələ” oyunu saat 14:00-da başlayacaq. Görüş Tovuz şəhər stadionunda oynanılacaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 Mart 2021
00:56

"Bavariya" 17 yaşlı futbolçu transfer etdi - RƏSMİ

00:25

"Fulhem"in yarımmüdafiəçisinə böyrək köçürüləcək

02 Mart 2021
23:01

Həbs edilən "Barsa" prezidentinin aqibəti necə olacaq? - SON DURUM

22:37

Türkiyə Superliqası: "Beşiktaş" səfərdə qazandı

22:02

"Qarabağ" "Qəbələ"ni belə yendi - VİDEO

20:46

Qurban Qurbanov: "O məğlubiyyətin qol imkanları yaratmağımıza təsiri olub"

20:33

Elmar Baxşıyev: "Komandanın potensialı var, Avroliqaya gedə bilərik"

20:07

“Qarabağ” "Qəbələ"ni fərqlə yenib liderliyə yüksəldi

19:55

“Neftçi” ilə “Keşlə”nin oyunlarının yeri dəyişdirildi - SƏBƏB

19:00

Sənan Qurbanov: “Üstünlüyü qoruya bilməməyimiz psixoloji məqamdır”

18:55

"Son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı"

16:44

Erməniləri udan güləşçimiz: "Məğlub olmaq ağlımdan belə keçmirdi"

16:05

Alman klubunda yeni baş məşqçi

15:38

“Ölkəmi çətin vəziyyətdə qoyduğumu düşünmürəm” - Nurlan İbrahimov

15:21

Millimizin hücumçusu: "Uğurlu nəticə qazanacağımıza inanıram"

14:48

Vitse-prezident: "1 milyon manat xərci var"

14:24

Premyer Liqada növbəti yoluxma

13:58

“Turan Tovuz”un “Neftçi” ilə matçının vaxtı bilindi

13:34

Günün oyunları bu kanallarda - AFİŞA

13:06

Yerli kanallar Bakıda keçiriləcək “Formula 1” yarışlarına buraxılmayacaq

12:50

"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək

12:38

Azərbaycan və Türkiyə milliləri yoldaşlıq görüşü keçirəcək

12:17

"Zirə" - "Qarabağ" oyununun vaxtı açıqlandı

12:01

Bakıda 22 yaşlı idmançı öldürüldü - ŞOK TƏFƏRRÜAT

11:50

AMADA AQTA ilə görüşdü

11:23

Nigar Arpadarainin əvəzinə yeni təyinat

11:18

Məşhur mütəxəsssis infarkt keçirdi, reanimasiyaya yerləşdirildi

11:16

"Turan Tovuz" "Kəpəz"i belə yendi - VİDEO

10:59

“Neftçi” - “Sabah” matçının hakimi açıqlandı

10:43

Rusiya dünya çempionatından məhrum edildi

10:24

Polkovnik-leytenant Elxan Nağıyevə yenidən cinayət işi açıldı

10:11

UEFA qərarını dəyişdi

09:00

Gözəl biatlonçunun bu paylaşımı təqibçilərini məst etdi - FOTO

02:52

Mourinyu Keynə əvəzləyici tapdı

02:39

"Milan"ın qapıçısı hansı kluba keçəcək? - SON DURUM

01:57

İPL: "Everton" tək qolla qazandı

01:46

La Liqa: "Real" Madriddə büdrədi

00:11

Əfqan Həmzəyevə fəxri ad verildi

01 Mart 2021
23:39

Araz Abdullayev darmadağında iştirak etdi

22:32

Təbriz klublarından bərabərlik

20:58

Qərb derbisini "Turan Tovuz" qazandı

18:27

"Barselona" bəyanat yaydı: Klubun ofisində axtarış aparılıb

18:10

Azərbaycanlı döyüşçü iddialı danışdı: “Rəqibimin birinci raundda nəfəsini kəsəcəyəm” - FOTO

17:41

Ramin Musayev: "Zirə" çempionluq üçün tam hazırdır" - MÜSAHİBƏ

16:44

"Qarabağ" - "Qəbələ" matçının hakimləri müəyyənləşdi

16:38

Rusiya futbolunun tarixinə düşən 17 yaşlı erməni - Hamı ondan danışır

16:28

Millinin sabiq baş məşqçisi vəfat etdi

16:06

AFFA Nuriyevi Bakıya gətirdi

15:47

Premyer Liqa klubları cərimələndi

15:31

Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı - YENİLƏNİB

15:17

FİFA Kolli ilə bağlı qərarını açıqladı

14:43

“Qarabağ”la “Qəbələ”nin 60-cı dueli

13:57

Fransa klubu baş məşqçisi ilə vidalaşdı

13:19

Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır

13:00

Braziliya A Seriyasının ən yaxşıları müəyyənləşdi

12:41

III Avropa Oyunlarının proqramına yeni idman növləri daxil edildi

12:16

Millimizin oyunu qapalı keçiriləcək

11:45

Gündüz Abbaszadə: "Ümid edirik ki, AFFA müraciətimizə müsbət cavab verəcək"

11:34

"Qarabağ" - "Qəbələ" matçında 4 futbolçu iştirak etməyəcək

11:21

Raulla müqavilə yeniləndi

10:37

“Milan” “Roma”nı belə yendi - VİDEO

10:22

Çin çempionu fəaliyyətini dayandırdı

10:06

Əli Rəhimzadə: "Bəzi səhvlərdən rəqibə xallar verdi"

09:31

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində irəliləyib

09:00

Braziliyalı gözəl təqibçilərini belə "əridir" - FOTOLAR

02:21

La Liqa: "Atletiko" səfərdə qazandı

01:38

A Seriyası: "Milan" paytaxtda qazandı, "İnter"dən darmadağın

01:31

İPL: "Tottenhem"dən darmadağın, mərkəzi qarşılaşmada qol olmadı

28 Fevral 2021
23:04

Almaniya Bundesliqası: "Bayer" öz meydanında yenildi

22:07

Türkiyə Superliqası: "Fənər" Trabzonda güldü

Facebookdan bizi izləməyi unutmayın.