13:56 01.12.2020 187

27 il 4 ay sonra – Ağdamdan reportaj

İşğaldan azad olunan Ağdam şəhərinə səfərimi başa vurub geriyə - Bakıya qayıdanda, yoldaykən zəng vuran dost-tanışdan eyni sualları eşidirəm: 

"Oranın vəziyyəti necə idi?”

"Bizim məhlədən keçmədin?”

"Evinizi tapdın?”

Son sualın qoyuluşuna diqqət edin: evinizə getdin yox a, evinizi tapdın…

Səbəbsiz deyil, əlbəttə. Çünki vəhşi və vandal erməni şəhərdə evdə evlik, çöldə çöllük, yolda yolluq qoymadığına görə hər yer tanınmaz haldadır. Və elə bil 1993-cü ilin 23 iyulundan - Ağdamın işğalından sonra bu şəhərin artıq özü də hər gün parça-parça, hissə-hissə şəhid olaraq cismini də, hətta skeletini də tamamilə itirib. Ötən həftə səfər etdiyim Ağdamda olduğum bir neçə saat mənə kifayət edir ki, bu fikri irəli sürüm: həmin o qara tarixə qədərki Ağdam – o əzəmətli, qüdrətli şəhər artıq yoxdur. Qalan yalnız Ağdamın ruhudur və bir də... 2020-ci ilin noyabrın 20-si tarixində doğulan Ağdam! Ölən köhnə şəhərin yeni varisi...

***

Çəkiliş etdiyim vaxt Ağdam şəhərinin mərkəzi hissəsində keşik çəkən onlarla əsgərimizdən biri nəzakətlə deyir:

- Ora olmaz!

- Niyə?

- Mina ola bilər...

Məsuliyyət hissini tamamilə itirib "Bəlkə risk edim” deyirəm. Bu dəfə həmin əsgərin sifətindəki ifadə sərtləşməyə başlayır: "Deyəsən, canından bezmisən”.

Düşmənimiz Ağdamdan çıxsa da, çox yerdə kor-təbii şəkildə mina basdırıb. Yəni təmizlənmiş yollar xaric, addım atdığın hər bir yerdə minaya düşmək, daha doğrusu, ölmək, ya da əl-ayağını itirmək riski ən azı 50 faizdir. Ona görə də əsgərimizin haqlı irad və tələbini qəbul etməkdən başqa çarəm qalmır. Amma evimizə getmək üçün də səbirsizlənirəm. Bu günlər Ağdama səfər edən ağdamlılar üçün istiqamətverici qibləyə çevrilən Ağdam Cümə məscidinin qarşısında durub uşaqlıq yaddaşımı köməyə çağırıram: təqribən 300-400 metr gedib Hamam məhələsinə çıxacağam, ordan Əli İbrahimov küçəsi ilə "Frunze”nin kəsişməsini keçib 1 May küçəsini tapacağam. 1 May küçəsi, ev 46 olmalıdır 2 mərtəbəli evimiz.... Yaşamadığım uşaqlığımın (müharibəyə görə) keçdiyi həyətə girəcəyəm: 27 il 4 aydan sonra.  Amma  artıq Ağdamın özündə, evimdən cəmi 10-15 dəqiqəlik məsafədə olsam da, ora ayaq basa bilmirəm. Çünki əsgər dedi axı: mina ola bilər!

Bəs, məgər mina olmasa necə, evimi tapmağım mümkündürmü?

Mən bunu düşünəndə çönüb sola baxıram. İki mərtəbəli dağılmış binadır. Yadıma düşür ki, dünyanın düz vaxtı burada qızıl mağazası yerləşirdi, ordan bir az yuxarıda isə Ağdamın İcra Hakimiyyəti. Hazırda sosial şəbəkələrdə şəkli geniş yayılan Ağdamın dağılmış Dram Teatrı ilə üzbəüzdə yerləşirdi. 25-30 metr sonra həmin yerə çatıram. Təbii ki, icra hakimiyyətinin də binası darmadağın edilib. Amma yenə də o xarabalığa ayaq basmaq istəyirəm. 4-5 metrliyimdədir. Bu dəfə isə başqa bir əsgərimiz artıq mənə tanış olan sözləri deyir:

-  Ora olmaz!

- Bildim! Mina ola bilər...

Gülümsəyir...

***

Qayıdıram məscidin qarşısına. Bakıdan yüksək çinli dövlət adamları, xarici diplomatlar gəlib. Onları Prezidentin yorulmaz köməkçisi Hikmət Hacıyev müşayiət edir. Eyni səfər proqramı çərçivəsində Ağdama gələn "Qarabağ” futbol komandasının üzvlərini salamlayan Hacıyev 8 yaşında valideynləri ilə birgə bu şəhərdə qonaq olduğunu söyləyir.

Millət vəkili Aqil Abbas da buradır. Gözlərindən sevinc yaşları sel kimi axır. Müsahibə verir, ağlayır, kimlə görüşüb bağrına basırsa, ağlayır.

Aqil Abbas! Ağdamın canlı simvollarından biri...

Az əvvəl gedib evlərini də tapıbmış. Həyətinə kənardan baxıb. Ona da məlum səbəblərdən – mina təhlükəsinə görə içəri girməyi icazə verməyiblər. "Zəng elədim İradəyə, sonra da uşaqlara. Dedim həyətimizi tapmışam. Bunu dedim və ağladım...” Və yenə gözündən yaş gəlir.

Aqil müəllim Ağdamla bağlı fenomenal yaddaşa sahibdir. Bunu özünə də deyirəm. "Hə...” deyib təsdiqləyir və mənə köməyini təklif edir: "İstiyirsən, gedib sizin də evinizi də tapım...”



***

Ağdam Dram Teatrının qarşısında qonaqların şərəfinə kiçik bir tədbir hazırlanıb. 27 il 4 aydan sonra burada ilk dəfə bizə məxsus bir mahnı səslənir: qarabağlıların qeyri-rəsmi himni "Qarabağ şikəstəsi”. Xalq artisti Mənsum İbrahimov elə ürəklə, şövqlə oxuyur ki, bütün Qarabağ yenidən gözümün önündə canlanır: bugünkü xoş günlərimiz, onun səbəbkarı olan müzəffər Ordumuz, dünənki faciələrimiz və yenə mərd oğullarımız, şəhidlərimiz, Ağdamın əfsanəvi komandiri Allahverdi Bağırov... Qəbri Ağdamın Şəhidlər xiyabanındadır. Yeganə salamat qalan məzar da onunkudur. Bir azdan ora istiqamət alırıq. Dram Teatrın önündən üzü Əsgəran yoluna çıxırıq...



Ətrafda artıq olmayan, daşı belə qalmayan dağıdılmış evlərə, binalara baxandan sonra hamının erməniləri lənətləməkdən başqa çarəsi qalmır. Amma şəxsən məni evlərin yox, Şəhidlər Xiyabanında 200-dən çox şəhid məzarının dağıdılması daha çox ağrıdır. Və bu cinayət təkcə qəbirlərin dağılması ilə də yekunlaşmayıb. Düşmən göreşən kimi qəbirlərin içinə qədər girib! Təsəvvür edin, qəbirlərin içinə qədər. Belə anlaşılır ki, onlar orada qızıl diş axtarırmışlar.

Bunun adı ağlasığmaz hərbi vəhşilik və misli görünməmiş vandalizm aktıdır. Və bu, təkcə Ağdamın Şəhidlər Xiyabanında deyil, işğal olunmuş ərazilərimizdəki bütün məzarlıqlarda kütləvi olaraq, sistemli şəkildə həyata keçirilib. Şəhidlərimizə, itirilmiş insanlarımıza həssas münasibətimizi və oranı ziyarət edəcəyimizi bilən ermənilər məzarlıqları da minalayıb. Ona görə də Ağdama, eləcə də azad olunan digər şəhərlərimizə gedən insanlarımızın bu fakta xüsusi diqqət yetirməsində, ehtiyatlı olmasında fayda var. Şəhidlər Xiyabanında hələlik kiçik bir ərazi minalardan təmizlənib. ANAMA-nın əməkdaşı mənimlə söhbətində dedi ki, hər gün burada basdırılmış neçə-neçə mina aşkarlanır. Yəni düşmən Ağdamdan və digər şəhərlərimizdən çəkilsə də, onun təhlükəli qalıqları qalmaqdadır. Yerin dibində də, üstündə də...

***

Qarabağ xanlarının dəfn olunduğu "İmarət”ə gedirik. Mülkü əhaliyə məxsus yaşayış evləri kimi, tarixi ziyarət yerlərimiz, abidələrimiz də vandalizm aktına məruz qalıb. Pənahəli xanın türbəsi tövləyə çevrilib, İbrahim Xəlil xanın, Mehdiqulu xanın  türbəsi, xan qızı Xurşidbanu Natəvanın qəbri də dağıdılıb.
 

İbrahim Xəlil xanın dağıdılmış türbəsi

Ətrafdakı "İmarət” stadionu isə artıq Ərəbistan səhralığını xatırladır. Son dəfə "Qarabağ” komandasının futbolçuları burada 1993-cü ilin mayında "Turan”la oyunda iştirak ediblər. Bu dəfə "Qarabağ”ın futbolçuları meydana çıxıb simvolik olaraq futbol oynayırlar. Bu həssas məqamı bütün diplomatlar, dövlət rəsmiləri də izləyir. Hikmət Hacıyev isə "Qarabağ”ın oyunçularına qoşulub futbol oynayır...

***


Bəli, 27 il 4 ay sonra davam edən işğal artıq başa çatıb.  Ağdam yenidən bizimdir. Bu dəfə əbədi olaraq. Bir daha heç vaxt itirməyəcəyimiz əminliyi və daha gözəl, daha qüdrətli yeni Ağdamın qurulacağı inamı ilə...
 
Aydın Bağırov, Qol.az
Oxşar xəbərlər

Xəbər lenti

17 Yanvar 2021
01:58

Şərif Şərifov medalsız qaldı - QIZIL ALA BİLDİKMİ?

16 Yanvar 2021
23:01

Kuman: "Son qərarı Messi özü verəcək"

21:43

Veynaldumun yeni klubu açıqlandı - SON DURUM

19:36

Tayson dünyaca məşhur qanqsterə məktub yazıb

19:08

Qurban Qurbanovdan transfer açıqlaması: "Qarabağ" yeni futbolçu alır?

19:03

Həbib yenidən rinqə qayıdır

16:48

"Yuventus" ABŞ-dan futbolçu gətirir

16:13

Salah: "Çempionluq barədə danışmaq üçün tezdir"

15:57

"Turan Tovuz" Futbol Akademiyasının açılış mərasimindən FOTOLAR

15:34

Qran-pridə iştirak edəcək idmançılarımız

14:58

"Turan Tovuz" Futbol Akademiyasının açılış mərasimi keçirildi

14:40

“Sağlamlığım imkan versə, yığmada oynayacağam” - MÜSAHİBƏ

14:18

Fransa çempionatının oyunu təxirə salındı

13:55

Niderlandlı jurnalistdən UEFA-ya həqiqət dərsi

13:38

Bakıdakı "Formula 1" yarışı ləğv edilə bilər

13:07

"Azərbaycan futbolu haqqında geniş məlumatım yox idi" - MÜSAHİBƏ

12:40

Məşhur aktrisa komandasının qələbəsini bu FOTOLARla qeyd etdi

12:18

Ölkə çempionatı dayandırıla bilər

11:55

"Milan"dan yeni transfer

11:32

"Neftçi"nin qapıçısı: "Sonadək liderliyimizi qoruyacaq gücdəyik"

11:08

Günün oyunlarına necə baxaq? - AFİŞA

10:41

Azərbaycanda sərt karantin rejimi yumşaldılır

10:19

Türk idmançı: "Azərbaycan güləşçilərini qardaşlarımız kimi görürük"

09:46

Güləşçilərimiz Qran-pridə mübarizəyə başlayır

09:24

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01:14

"Barselona"da prezident seçkiləri təxirə salındı - SON DURUM

00:46

Poçettino koronavirusa yoluxdu

00:05

"Çelsi"nin futbolçusu Türkiyə klubunda

15 Yanvar 2021
23:14

Sərbəst güləşçiərimizin sabahkı rəqibləri bəlli oldu

23:06

İngilis ulduz futbolçu karyerasını bitirdi

22:56

"Fənərbağça" ilə anlaşdı, sabah İstanbulda olacaq - RƏSMİ

22:12

Millimizin rəqibi bu heyətlə oynayacaq

21:04

Təbriz təmsilçisi bu tur nə etdi?

19:55

Yığmamızın sabiq futbolçusu klubunu dəyişdi

17:48

Millimizin heyəti açıqlandı

17:27

PSJ-nin loqosu dəyişdi

17:02

Bu klub dünya çempionatından imtina etdi

16:47

Tokio olimpiadası ləğv oluna bilər

16:29

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı

16:05

Azərbaycanda oynamış məşhur futbolçu ən yaxşı adına namizəd oldu

15:43

“Elxan Məmmədov işləməyimə imkan vermir” - MÜSAHİBƏ

15:24

"Qarabağ"ın sabiq futbolçusu klubunu təhqir etdi

15:09

Millimizin üzvü zədə səbəbindən Qran-priyə gedə bilmədi

14:51

Azərbaycanlı məşqçi məşhur Rusiya klubunun hədəfində

14:37

"Sabah" legioneri ilə vidalaşdı - YENİLƏNİB

14:19

"Sumqayıt" millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı

14:04

İtaliya klubu "Real"ın müdafiəçisini aparır

13:50

"Səbail" iki futbolçu ilə danışıqlar aparır

13:32

"Milan"ın yeni transferi bu gün tibbi baxışdan keçəcək

13:03

Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

12:53

"Ferrari" pilotu koronavirusa yoluxdu

12:34

UEFA-dan AVRO-2020 ilə bağlı açıqlama

12:17

Milli komandaya yeni baş məşqçi gətirildi

11:58

Kamran Ağayev uzun müddətdən sonra meydana qayıtdı

11:32

"Sabah" "Səbail"i belə yendi - VİDEO

10:33

Türkiyəli güləşçi: "Azərbaycan millisi dünyada özünü sübut edib"

10:14

"Səbail"in qapıçısı: "Dünya çempionatına vəsiqə qazanmaq istəyirik"

09:58

"Keşlə"nin sabiq futbolçusu Honduras klubunda

09:43

Tanınmış şərhçi İTV-də işə başladı: "Karyeramda yeni səhifə açıram"

09:21

Türk klubunda növbəti yoluxma

00:12

Türkiyə Kubokunda 1/4 finalçılar müəyyənləşdi

14 Yanvar 2021
22:59

Yunis Hüseynov: "Yenilər yaxşı təsir bağışladılar"

22:31

Visente Qomez: "Bu oyun mövqeyimizi yaxşılaşdırmaq üçün kifayət deyil"

21:23

"Neftçi" belə qələbə qazandı - VİDEO

20:44

Bolqarıstan millisinin yeni baş məşqçisi açıqlandı - RƏSMİ

20:36

"Neftçi"nin legioneri: "Heç bir rəqibdən qorxmuruq"

19:59

Samir Abasov: "Oyunda görmək istədiyimiz başqa şeylər idi"

19:42

Rəşad Sadıqov: "Məni yetişdirən adam köməkçim ola bilməz"

19:30

Qurban Qurbanov: "Gerye "Instagram" krallarından biridi"

19:17

Canni De Byazi Bakıya nə vaxt gələcək? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.