İspaniyanın "Alaves” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komanda Abelardo Fernandesə həvalə olunub. 50 yaşlı ispan mütəxəssislə bu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edə ki, La Liqada 18 oyuna 18 xal toplamış "Alaves” hazırda 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Klub rəhbərliyi ötən gün baş məşqçi Pablo Maçini istefaya göndərmişdi.