CAR millisinin 33 yaşlı müdafiəçisi Kelvin Anele Nqkonqka avtomobil qəzasında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, informasiyanı eNCA yayıb.
Mənbə qəzanın bu gün Kvazulu-Natal bölgəsində baş verdiyini, futbolçunun yanındakı qızın ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını yazıb.
Qeyd edək ki, 2009-cu ildən CAR millisinə çağırılan Nqkonqka ölkəsinin müxtəlif klublarıyla yanaşı Belçikanın "Genk", Fransanın "Trua" komandalarında da oynayıb. O, 2010/11 mövsümündə Belçika çempionu olub.
Fanat.Az