16:56 25.02.2020 2813

4 həftə keçdi, Məmmədov!

Nihat Ağasoy

 

AFFA İcraiyyə Komitəsinin yanvarın 28-də tarixin yaddaşına qovuşan səs-küylü iclasından sonra həm də icraçı vitse-prezidentə çevrilən baş katib Elxan Məmmədovla yeni vitse-prezident Vaqif Sadıqov media önünə çıxmışdı.


Yarıtmaz xorvatın - Nikola Yurçeviçin boş qoyduğu posta 32 namizəd olduğunu açıqlayan Məmmədov həm də növbəti toplantı barədə danışmışdı. "Çox güman, İK-nın növbəti toplantısı 15 gündən sonra olacaq” cümləsiylə müddəti açıqlayan futbol məmurunun vədəsi çoxdan tamam olub. Dəqiqləşdirsək, 2 yox, 4 həftə vaxt keçib.


Şübhəsiz, ləngimə səbəbsiz deyil. AFFA başbilənləri həm məşqçi seçimiylə bağlı ciddi tərəddüd edir, həm də ictimai qınaq, haqlı tənqidlərdən doğan təpki öz işini görür...


Bunlar bəlli məsələlərdi. 2018-ci ilin dekabrında Qurban Qurbanovla yollar məlum şəkildə ayrılandan sonra da oxşar durum yaranmışdı. Yurçeviçi zaman məhdudiyyəti üzündən yaxşı araşdırmayan futbol qurumu ardından bəlli uğursuzluğun ana səbəbkarı olaraq təzyiqlərə məruz qalmışdı. Hamının bildiyi "torba əməliyyatı”ndan, üzücü 1 xaldan - işbilməzliyin, səriştəsizliyin bariz nümunəsindən yenidən danışmaq uzunçuluq olar.


AFFA-nın mətbuat xidmətində bu günə qədər növbəti iclasla bağlı məlumat olmadığına görə, bir neçə versiya üzərində dayanacağıq. Hərçənd bunlardan heç biri olmaya da bilər:


Futbol ictimaiyyətinin böyük qismi, eləcə də millidə oynayan futbolçuların çoxu yerli məşqçi tərəfdarıdı. Yəni öz seçiminə özü inanmayan, başqa sözlə, kimi seçməyin düzgün olduğunu bilməyən idarəçilər proseslərə, konkret qərar verməyə hazır deyil. Yəni AFFA-dakılar bu günə qədər hər hansı irəliləyişə nail olmayıb. Namizədlərlə bağlı xaos hökm sürür.


Rəşad Sadıqovla görüşən icraçı vitse-prezident özünü ictimaiyyətə təkəbbürdən əl çəkmiş, səhvlərindən nəticə çıxarmış adam kimi təqdim etməyə çalışıb, alovun üzərinə az da olsa, su çiləyib. Ortaya çıxarılmasa belə, Sadıqov variantı da "sandığın dibi”nə atılmamalıdı. Hamı fərqli qərar gözlədiyi halda, seçmə "Qarabağ”ın kapitanına tapşırıla və o, futbolçu karyerasını bitirə bilər. Dəqiq olan budur ki, digər yerlilərlə bağlı planlar ağlabatan deyil.


Martın 3-də Amsterdamda UEFA-nın 44-cü konqresi keçiriləcək. Eyni tarixdə Millətlər Liqasının yeni mövsümünün də püşkü atılacaq. AFFA rəhbərliyi məşqçi seçimini püşkün nəticəsini bilinəndən sonraya saxlayırsa, bu, daha acizanə görüntüdü. Əvvəla, baharın birinci ayında yoxlama oyunlarına çıxacaq təmsilçimizin bu qarşılaşmalara hazırlaşmağa yetərincə vaxtı olmayacaq. Digər tərəfdən, rəqiblərə uyğun məşqçi axtarmağın özündə də ciddi qəbahətlər var. Belə çıxır ki, Azərbaycan münasib komandalarla düşməsə, seçməmizin real şansı olmasa, komanda az pula çalışmağa razılaşan "növbəti qurban”a həvalə ediləcək. Yox, "kor püşk” üzümüzü güldürsə, "pul kisəsi açılacaq”, az-çox tanınmış əcnəbilərin birinə qarşı assosiasiya səxavət göstərəcək. Yəni maliyyəyə qənaət ikinci plana keçəcək.

Ümid edək ki, futbol qurumu bu dəfə ötənilki qədər gecikməyəcək və sonda Azərbaycan futbolunun sabahı naminə düzgün seçim ediləcək. Buna inanmaq nə qədər çətin olsa da...

 

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

01 Aprel 2020
09:05

"Real" oyunçuların maaşlarını 10%-dən çox azaltmayacaq

09:00

Ərəblər daha bir məşhur Avropa klubunu alır - 365 milyon dollar

08:30

Pol Qaskoynun övladlığa götürdüyü Byanka - FOTOLAR

01:13

Ciddi zarafatlar zamanı

31 Mart 2020
21:55

Avropada oynayan ən yaxşı gənc futbolçu

21:09

Koronavirusa yoluxan məşhur idmançını ələ saldı

20:25

Karantinə alınan voleybolçularımızdan son xəbər

20:05

Aronyanın xanımı vəfat etdi, azərbaycanlı məşhurlar başsağlığı verdi

19:52

Azərbaycanın həbsdə olan məşhur idmançılarından yeni xəbər

19:40

Şəhriyar Məmmədyarov ilk “10-luq”dakı yerini itirdi

19:37

“Sabah” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ödədi - VİDEO

19:34

Altay Əliyev və ailəsi fonda 3000 manat ianə köçürdü

19:30

Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI

18:30

MY 130 milyona alacağı ulduza daha nə vəd etdi? - SON DURUM

18:25

"Tottenhem" bütün işçilərinin maaşlarını azaltdı

17:49

Maykl Cordanın həyatından bəhs edən sənədli film apreldə yayımlanacaq - VİDEO

17:29

Bundesliqada 30 aprelə kimi fasilə olacaq

16:57

Çempionlar Liqasının qalibi oktyabrda müəyyənləşəcək

16:26

Dünya və Avropa çempionunun gözəl qızı Ceyd - FOTOLAR

16:22

Dastin Porye Ferqyusonla döyüşdə Həbibi əvəzləməyə hazırdı

15:57

Həbib Ferqyusonu bu vəziyyətə sala biləcəkmi? - VİDEO

15:36

Çempionatlar nə vaxt başlayacaq? - UEFA-nın təklifləri

15:03

Atası kimi klub prezidenti olmaq istəyir - FOTOLAR

15:02

Kobi Brayantın sonuncu oyununda istifadə etdiyi dəsmal 33 min dollara satılıb

14:27

Evdə iki məğlubedilməz

14:23

"Qəbələ"nin futbolçusu: "Bu, mənim üçün vacib addımdı"

14:18

"İtaliya A Seriyası bərpa olunmayacaq" - Totti

13:57

Karantin qaydalarını pozan futbolçu 150 min funt cərimə ödəyəcək - FOTOLAR

13:32

"Borussiya" oyunçusunun transfer qiymətini azaltmayacaq - 110 milyon avro

12:49

"Xəzər Lənkəran" böyük futbola qayıda bilər - RƏSMİ

12:47

Ronaldu satıla bilər - "Yuventus"da koronavirus böhranı

12:33

"Azərbaycan futbolu məni təəccübləndirdi"

12:15

"Barselona" fransız futbolçu ilə yolları ayırır

12:13

Həbsdə olan Mübariz Mənsimovdan xəbər var

11:38

"Koronavirusu zarafata salanlar axmaqdılar"

11:26

Əmirin Çəhrayı Panterası

11:21

21 yaşlı futbolçuya fantastik məbləğ - Rekord qırılır

10:51

"Real"da da maaşların azaldılacağı gözlənilir

10:20

Ferqyusonla döyüşdə Həbibi Castin Qeyci əvəzləyə bilər

09:47

"Barselona" və "Real"ın marağı ona təsir etmir" - Martinesin meneceri

09:44

"Maaşların azaldılmasını Messi təklif etdi"

09:23

Fransalı jurnalistlər Messidən inqilabçı düzəltdi - FOTO

09:15

Özil ata oldu - FOTO

09:14

Modriç ölkəsi üçün aparat aldı

08:55

Qambiyalı forvard Türkiyədən qaçdı

30 Mart 2020
19:25

"Ferqyusonla döyüşün baş tutmaması böyük bir faciə deyil" - Həbibin atası

18:30

"Neymar önəmli oyunçudu, amma əvəzedilməz deyil"

17:54

NBA-da mövsümün ən həlledici basketləri - VİDEO

17:31

Noyer 4 illik müqavilə tələb edir, "Bavariya" razılaşmır

16:54

Həbib: "İstənilən rəqiblə döyüşməyə hazıram, sadəcə məkanı və vaxtı deyin"

16:23

Tokio olimpiadasının yeni tarixi rəsmən açıqlandı - YENİLƏNİB

16:21

"Barselona" futbolçularından örnək addım: Maaşlarının 70% azaldılmasına razılıq verdilər

16:20

Slavço Georgievski: "Bu məsələ hələ də mənə əzab verir"

16:11

"Karateçi qız obrazını ustalıqla canlandıraram" - MÜSAHİBƏ+FOTOLAR

15:37

Martinesin "Barselona"ya transferi baş tutmaya bilər

15:16

Fatih Terim xəstəxanadan buraxıldı

14:57

"Real"ın ulduzu bu modelə görə ailəsini tərk edib - FOTOLAR

14:50

Koronavirusdan sağalan oyunçuların xəstələrə qan verməsi istənilir

14:32

"Futbol üçün çox darıxmışam" - "Barselona"nın ulduzu

13:56

"Uimbldon" da ləğv olunur

13:33

1xBet’in yeni Winning Games aksiyasında PlayStation 4 Pro qazanın!

13:30

Koronavirus PSJ-yə baha başa gələcək

12:53

Çempion arvadı necə döymək lazım olduğunu canlı yayımda göstərdi - VİDEO

12:39

Quardiola fransız futbolçunu komandasında görmək istəyir

12:14

"Ferqyusonla döyüş Səudiyyə Ərəbistanında keçirilməyəcək" - Həbibin meneceri

11:58

Serxio Ramosla "Real" arasında fikir ayrılığı yaranıb

11:26

Mourinyunun rəmzi komandasında kimlər var? - SİYAHI

11:10

Ronaldo karantin qaydalarını pozdu

10:54

Premyer Liqa oyunları xüsusi təcrid düşərgələrində keçirilə bilər

10:30

Rəşad Sadıqovdan koronavirusla mübarizəyə kapitansayağı dəstək

Facebookdan bizi izləməyi unutmayın.