21:22 16.09.2019 1014

Prezident və xanımı dünya çempionatının açılış mərasimində

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olunub.

Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol” mahnısını ifa edib.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Qeyd edək ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

"Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2020
08:20

Məşhur model: "Ronaldo mesaj yazdı, mən rədd cavabı verdim" - FOTOLAR

00:14

"Keşlə"dən ayrılan oyunçu başqa Bakı klubuna keçir

00:02

Türkiyə Superliqası: "Qalatasaray" İstanbulda uduzdu

05 İyul 2020
23:40

Paşayev oynadı, 4 qol gördü

23:15

Təbriz təmsilçisi xalsız qaldı

22:15

Mancukiç Qətər klubundan ayrıldığını açıqladı

17:49

"Qalatasaray" hücumçusu ilə vidalaşdı - RƏSMİ

17:44

Aygünün qızı ilə videosu yayılan braziliyalı futbolçu: “Münasibətimiz 3 ildir davam edir”

16:43

"Neftçi"nin danışıq apardığı futbolçunun adı bilindi

14:41

Buffon: "43 yaşıma qədər burdayam, sonrasına baxarıq"

13:56

"Keşlə"nin keçmiş məşqçisi Ermənistanda ömürlük cəzalandı

12:29

Məşhur ingilis klubundan millimizin futbolçusuna təklif

12:24

Morinyu: "Onu qucaqlamaq üçün sosial məsafəni pozacam"

12:05

"Beşiktaş"ın prezidenti: “Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə..."

11:07

Klopp ÇL-in favoritlərinin adını açıqladı

10:57

Ronaldunun sevgilisi bədənini belə göstərdi - FOTO

10:24

Messi "Barselona"da qalmaq üçün yeganə şərtini açıqladı

10:10

Braziliya millisinin və "Real"ın sabiq baş məşqçisi koronavirusa yoluxdu

09:46

Mayk Tayson görünüşü ilə hər kəsi təəccübləndirdi - FOTOLAR

09:37

"Neftçi"nin sabiq futbolçusu Super Liqa klubunda baş məşqçi oldu

04 İyul 2020
23:27

Fərid oynadı, bəs Samir hanı?

23:22

Nicat yenə qol vurdu, komandası...

23:16

"Traktor" qələbə qazandı

22:15

"Barselona"da növbəti ayrılıq

21:30

Pelleqrini yenidən La Liqada?

20:26

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

20:25

"Fənərbağça" "Barsa"nın iki futbolçusunu birdən transfer edir

19:10

A Seriyası: "Yuventus" "Torino"ya qarşı, "Milan" "Latsio" səfərində

18:55

"Qalatasaray"ın Arda Turan planı açıqlandı

18:20

Kalates "Panatinaikos"dan ayrıldı - "Barselona"ya keçir

17:54

"Keşlə"də yeni müqavilə

17:35

La Liqa: "Real" "Atletik"ə, "Barselona" "Vilyarreal"a qarşı

17:19

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:00

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

16:13

"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

16:01

Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb

15:51

Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

15:28

PL: "Arsenal" "Vulverhempton" səfərində, "Çelsi" "Uotford"a qarşı

15:22

İngilis mütəxəssis Azərbaycanı tərk etdi

14:41

Ermənistan futbolunda qalmaqal: 58 nəfər oyun alqı-satqısında günahlandırılır

14:17

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTOLAR

13:58

"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"

13:24

"Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

12:45

Azərbaycanda daha bir yarış təxirə salındı

12:40

Balotelli karyerasını Argentinada davam etdirə bilər

12:32

"Neftçi" 3 futbolçuyla danışıq aparır - ADLAR

11:58

Elmar Baxşıyev: "Ümid edirəm ki..."

11:44

Sneyder qayıdır - Bu klubdan təklif var

11:34

Mövsümün sonunda futbolla vidalaşacaq

11:13

Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

10:47

Millimizin futbolçusu cəzalı duruma düşdü

10:33

"Barselona" Qrizmannı "Yuventus"a təklif edib

10:03

Messi "Mançester Siti"də?

09:59

İngiltərə klubu millimizin futbolçusunu istəyir

09:41

De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq

09:10

"Atletiko"dan üç cavabsız qol - VİDEO

08:20

Vaqner Lavın tərk etmədiyi Lene Pires - FOTOLAR

00:25

Kim gəlir, kim gedir? - Elitanın yay "bazarlığ"ı

00:09

Nağıyev Moldovada tarixə düşdü

03 İyul 2020
23:14

Qazaxıstan çempionatı dayandırıldı

21:30

Holand forma nömrəsini dəyişdi

20:35

Kapitan "Barselona"dan ayrıldı

19:20

"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

18:59

"Neftçi"dən ayrılan hücumçu Cənubi Kipr klubunda

18:25

Premyer Liqada ayın məşqçisi kim olacaq? - Namizədlər

17:50

"Barselona"nın futbolçusu üçün mövsüm bitdi

17:17

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

16:58

Fariz Nəcəfov: "Tələsik qərarlara ehtiyac yoxdur"

16:16

PL-də ayın ən yaxşı oyunçusu adına namizədlər: "Liverpul"dan heç kim yoxdu

15:52

"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image