Premyer Liqanın 31-ci turu çərçivəsində “İnter” səfərdə “Simurq”la qarşılaşmışdı. İdman24.az xəbər verir ki, “bankirlər” bu gün “Şəfa” stadionunda bir araya gələcək.
“İnter” hazırlıqları itkilərlə davam etdirməli olacaq. Belə ki, “Qəbələ” ilə görüşdə diskvalifikasiyaya görə Vladimir Levin və Samir Zərgərov meydançaya çıxa biləməyəcəklər. Levin qırmızı vərəqə aldığına görə, Zərgərov isə sarı vərəqə limitinə doldurduğuna görə son oyunu buraxmalı olacaqlar.
Qeyd edək ki, “İnter”-“Qəbələ” matçı mayın 19-da “Şəfa” stadionunda baş tutacaq.
İdman24.az