Azərbaycanlı atlet Ramil Quliyevin məşqçisi Oleq Muxin də Türkiyə vətəndaşlığını qəbul edib.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Aletika Federasiyasının prezidenti Fatih Çintimar məlumat verib.
Oleq Muxin Türkiyə Xarici İşlər Nazirliyinə vətəndaşlıq üçün müraciət edib və müsbət cavab alıb.
Azərbaycanlı məşqçinin uzun müddətdi Quliyevlə çalışdığını vurğulayan Çintimar sözlərinə belə davam edib:
"Uğru qazanmış məşqçimizdi. Bundan öncə Ramil Türkiyə vətəndaşlığına qəbul etdiyi üçün o özü də keçmək istədi. Onsuz da türk idi, sadəcə şəxsiyyət vəsiqəsi yox idi. Biz bunu belə dəyərləndirirk. Məşqçisinin Türkiyə vətəndaşlığına keçməsi idmançının da çxışına daha müsbət təsir edəcək”.
Fanat.Az