"Atletiko” sloveniyalı qapıçısı Yan Oblakı heç yerə buraxmaq istəmir.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, "hindular” qolkiperə yeni anlaşma imzalatdırmağı hədəfləyib.
Bu ilin yazında və payızında madridlilərin şərtləri ilə qane olmayan 25 yaşlı qolkiperə bu dəfə rekord məbləğ təklif olunacaq. Oblak Madrid təmsilçisində qalmağa razılaşsa, dünyanın ən yüksək ödənişli qapıçısı statusunu daşıyacaq.
Sözügedən "çərçivə” qoruyucusunun "Atletiko” ilə indiki müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.
Fanat.Az