14:43 17.09.2019 729

Miçel: “Əgər rəqib İspaniya klubudusa..."

"Bu, xüsusi oyun olacaq. Belə böyük komanda ilə qarşılaşmaq həmişə möhtəşəm duyğudu. Üstəlik, rəqib ispan klubudusa, daha çox məna kəsb edir". 

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin I turu ərəfəsində İspaniya mətbuatına müsahibə verib. Miçel "Sevilya” ilə oyun öncəsi fikirlərini açıqlayıb: "Əgər rəqib İspaniya klubudusa, əlavə stimul da var. "Sevilya”ya qarşı ilk oyunumu hələ də xatırlayıram. "Xixon”la, sonra isə "Xetafe” ilə bu komandaya qarşı oynamışam. Püşkdən sonra komanda yoldaşlarıma "Sançes Pisxuan”da oynamağın necə gözəl hiss olduğunu dedim. Biz əla komanda ilə qarşılaşacağıq. Əlbəttə, rəqib barədə məlumatlıyıq. Düzdü, "Sevilya”ya yeni oyunçular da gəlib. Lakin rəqabət ab-havası qalmaqdadı".

İspaniyalı futbolçu "Sevilya"nı Avropa Liqasının favoriti hesab edir: "Heç kim La Liqada təsadüfən lider olmaz. Görünür, Xulen Lopeteqi komandaya fikirlərini çatdırmağı bacarıb. Aydın məsələdi ki, "Sevilya" Avropa Liqasını qazanmağa namizədlərdən biridi. Bəlkə də, ən güclüsü onlardı. Mürəkkəb duel bizi gözləyir. 90 dəqiqə ərzində konsentrasiyanı itirməməyə çalışacağıq".

"Sevilya"ya qarşı oynamağın mümkünlüyündən bəhs edən Miçel qrupdakı şanslarını da dəyərləndirib: "Çempionatda keçirdiyimiz oyunların hamısında hələ ki, qələbə qazanmışıq. Klubumuz çox yaxşı təşkil olunub, hər il bir addım da irəli atırıq. Artıq neçə ildi ölkə çempionu oluruq, Avropa arenasında da inkişaf edirik. İki il əvvəl Çempionlar Liqasında "Çelsi"yə qarşı oyunlar istisna olmaqla, hər şey yaxşı idi. "Atletiko" ilə hər iki görüşdə bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. "Atletiko"ya qarşı oynamaq gözəl idi. Çünki belə matçlarda gözləntilər böyük olur. "Sevilya"ya qarşı da aqressiv oynamalıyıq. Onlarla başabaş oynamağın mümkünsüz olduğu söyləmək doğru olmaz. Amma bizi necə ağır sınağın gözlədiyini bilirik. Qrupdakı digər rəqiblərimizdən "Düdelanj"la üç il əvvəl seçmə mərhələdə qarşılaşmış və qalib gəlmişdik. Bu yay isə APOEL-lə gücümüzü sınamaq imkanımız oldu. Cənubi Kiprdə biz, Azərbaycanda onlar qalib gəldi. Düşünürəm ki, "Düdelanj" və APOEL-i üstələyə bilərik. Ancaq bunu meydanda sübut etməliyik".

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

27 Fevral 2020
14:24

İtaliyalı məşqçi: "Azərbaycan millisindən təklif almışam"

13:42

İlham Əliyevə millinin forması hədiyyə edildi - FOTO

12:29

Turun ən yaxşısı müəyyənləşdi

12:27

"Keşlə"nin 7 futbolçusu rəmzi komandada

12:25

18+ film ulduzundan məşhur futbolçu ilə bağlı şok açıqlama - FOTOLAR

12:14

Nazir: "İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət qoymamışıq"

12:06

Premyer Liqada XIX turun təyinatları

11:44

İK-nın növbəti iclası nə vaxt keçiriləcək? - RƏSMİ

11:21

Avroliqada 1/8 finalçılar müəyyənləşir

10:50

"Keşlə" - "Qarabağ" matçının vaxtı açıqlandı

10:08

ÇL-də həftənin ən yaxşısı kim olacaq?

09:48

“Neftçi” və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR

09:38

Transseksualdan məşhur idmançıya ağır ittiham - FOTOLAR

09:19

"Real" evdə Qvardiolaya uduzdu - VİDEO

09:10

"Yuventus" Fransada məğlub oldu - VİDEO

01:22

ÇL: "Real" evdə, "Yuventus" səfərdə uduzdu

00:13

"Bavariya" bombardirini itirdi

26 Fevral 2020
23:06

AL: "Reyncers" 1/8 finala yüksələn ilk komanda oldu

22:19

Premyer Liqada VAR-dan istifadə olunacaq - RƏSMİ

19:18

Tahir Gözəl soyqırımdan danışdı: "Məqsədimiz klubun adına xidmət etməkdi"

18:33

Millimiz "cırtdan"a da yenildi

18:06

Mariya Şarapova karyerasını bitirdi

17:26

“Kəpəz”in məşqində Xocalı faciəsi anıldı

16:43

AFFA Şıxlarovun əməliyyatına görə nə qədər pul verdi? - DƏQİQLƏŞDİ

16:40

"Qarabağ"ın bazasında Xocalı soyqırımı ilə bağlı tədbir - FOTOLAR

16:12

Ronaldo və övladları çılpaq foto ilə gündəmdə

15:05

Azərbaycan idmançıları koronavirusa görə yarışa gedə bilmədi

13:51

Səudiyyə Ərəbistanında inqilabi qərar

12:05

ÇL-in oyunlarını hansı kanallar göstərəcək?

11:12

"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"

10:08

Məşhur baş məşqçi Azərbaycan millisində?

09:45

"Barselona" İtaliyada "sülh"ə razılaşdı - VİDEO

09:35

"Bavariya"dan darmadağın - VİDEO

09:03

Xocalı soyqırımından 28 il ötür

01:56

ÇL: "Barselona" Neapoldan sərfəli nəticə ilə dönür, "Çelsi" evində darmadağın oldu

00:45

Renatdan 90 dəqiqə və qol ötürməsi

25 Fevral 2020
22:15

Pektoviç millidə qaldı, amma...

21:33

Skarlatake "Xəzər Lənkəran"ın borclu olduğu pulu SOCAR-dan alacaq

21:00

Riçard Almeyda: "Əl-Əhli"ni yenməyin ayrı ləzzəti var"

18:07

"Qarabağ" Avropada 4-cü oldu

17:25

Kadırov MMA çempionu Yemelyanenko ilə döyüşdü

16:56

4 həftə keçdi, Məmmədov!

16:50

AFFA yarımçıq dayandırılan oyunla bağlı qərarını açıqladı

16:49

"Qarabağ" - "Sabah" matçında futbolçular arasında kütləvi dava

16:25

AFFA Mahir Emrelini bir, "Sabah"ın legionerini iki oyunluq cəzalandırdı

14:14

Elxan Məmmədovun veteranlarla görüşü niyə təxirə salınıb? - SƏBƏB

13:54

Koronavirus Tokio-2020-nin keçirilməsinə mane olmayacaq

13:52

"Səbail"in legioneri Bakıda Rayan Giqqzlə görüşdü

13:42

Sevgilisi 2 il ona işgəncə verib - FOTOLAR

13:12

"Sabah"ın koordinatoru: "Bölgərlərdə kəşf olunmamış uşaqlar var" - VİDEO

12:54

Azərbaycanın ən intizamlı və intizamsız klubları müəyyənləşdi

12:36

Rafael Ağayev olimpiya lisenziyası üçün Avstriyaya getdi

11:52

Arpaçay Karate Klubu XI Beynəlxalq “Baku Open” turnirinə hazırlaşır

11:34

"Sabah"ın futbolçusu: "Dəli kimi ora-bura qaçırdıq"

10:41

Azərbaycan Premyer Liqası: İntizamsızlığa görə Avropada üçüncü...

10:26

Məşhur futbolçu: "Bacım homosekualdı, mən də siqaret çəkirəm..."

09:39

Azərbaycanlı gəncdən İbrahimoviçsayağı qol - VİDEO

08:53

“Liverpul”dan ardıcıl 18-ci qələbə - VİDEO

03:02

AFFA "Neftçi"nin canlı əfsanəsinin ürək əməliyyatına pul vermədi

02:36

İdman direktoru tribunada infarktdan öldü

24 Fevral 2020
23:25

AFFA Ştuxlikin istəyini yerə saldı

22:44

YÜKSƏK LİQA: "Araz" "Neftçi"ni darmadağın etdi

19:54

1xBet ən yaxşı idman mərc platforması olaraq seçilib

18:06

Azərbaycanlı məşqçi İspaniyada biznes qurdu

17:01

Eden Hazard "AVRO-2020"dən kənarda qala bilər

16:49

Dünya çempionumuz karyerasını 28 yaşında bitirdi

15:42

Qurban Qurbanov Rayan Giqqzlə görüşdü

15:14

Qərb zonası üzrə yarışların ilkin mərhələsi başa çatdı - FOTOLAR

14:40

Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

14:34

Rayan Giqqz “Tofiq Bəhramov” və “Azərsun Arena”da - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.