"Çelsi”nin xavbeki Nqolo Kante klub tarixinin ən ödənişli futbolçusuna çevrilməyə yaxındı.
Fanat.Az xəbər verir ki, "zadəganlar” "Real”, "Barselona” və PSJ kimi Avropa nəhənglərinin heyətinə qatmaq istədiyi futbolçuyla yeni müqavilənin detallarını razılaşdırır. İngiltərə mətbuatının iddiasına görə, "göylər” Kanteyə mövsümə 17 milyon avro məvacib verməyə hazırdı. Danışıqlar uğurla yekunlaşsa, sözügedən yarımmüdafiəçi indiyə qədər bu klubda heç kimin almadığı qədər maaş alacaq.
Qeyd edək ki, Nqolo Kante cari mövsüm "Çelsi” formasıyla çıxdığı 16 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az