01:50 11.02.2020 1004

AFFA-ya bir “pişik” gəldi və ya Sadıqov piramidanı harda tikir?

Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti seçilər-seçilməz ideya verdi (guya futbol adamdır, futbolun cikini də, bikini də bilir görüntüsü yaratmaq lazımdır axı) ki, Azərbaycanda U-23 yığması yaradılmalıdır.


Fikrini də belə izah etdi ki, yığma komanda piramidanın zirvəsidir (fikir özü də oğurluqdur, Ağasəlim Mircavadova məxsusdur), guya bu piramidanın zirvəsinə çataçatda – U-21-lə əsas yığma arasında boşluq varmış.


Nə deyirəm ki. Amma əvvəlcə gəlin Üzeyir Hacıbəylinin məşhur "Biz nə tövr iş görürük?" felyetonunu birgə oxuyaq. "Məşhur” deməyimə baxmayın, bilirəm ki, bu felyetonu çoxlarınız oxumayıbsınız. Vaqif müəllim isə heç oxumayıb. Nöşün ki, bu felyeton önün iş prinsipinə çox xarakterikdir. Oxusaydı, belə iş görməzdi: "Qonşularımız siçan boyda iş görəndə biz yatmışdıq.


Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda iş görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda işi irəliləyib camış yekəlikdə oldu, amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq ki, qonşularımız fil boyda işlər görməyə başladılar.


Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik gəlin təzədən başlayaq.


Ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə.


Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda işlər görməyə, lakin camışa da gücümüz çatmır.


Aşağı enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək də bizə güc eləyir.


Tuturuq keçini. Görürük ki, keçiyə də tap gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi! Biz belə iş görürük".


Əlqərəz, o siçan boyda iş uşaq futboludur. Vaqif Sadıqovun dediyi o piramidanın bünövrəsidir. Bu bünövrə olmasa, nə U-17, nə U-19, nə U-21 yığması olar, nə də əsas yığma. Necə ki, yoxdur Azərbaycanda.


Amma Vaqif müəllim bu olmayan yığmaların arasına U-23 yığması pərçim etmək niyyətindədir. Yəni piramidanın zirvəsinə bir addım qalmış nəsə tikmək istəyir. Amma piramidanın bünövrəsi də yoxdur.


O bünövrə - yəni siçan – uşaq futbolu rəhmətlik Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə qurulmuşdu. Rəhmətlik Ramiz Mirzəyev də pis-yaxşı, bu iş davam etdirirdi.


Amma 2008-ci ildə AFFA-ya bir "pişik” gəldi və o "siçanı” hopp edib yedi. Ta o vaxtdan bəri bizdə heç nə düzəltmək istəməyiblər. Daha doğrusu, filin, camışın ayağını düzəldiblər, amma sonra görüblər ki, bunlarlıq deyil.


2008-ci ildə hopp edib yedikıri "siçan”ın – uşaq futbolunun qurulması isə yadlarına da düşməyib. İndi Vaqif müəllim deyir ki, piramidanın zirvəsinə çatmaq üçün bu pilləni – U-23 yığmasını tikməliyik. Vaqif müəllim, siz Allah, bünövrə yoxdursa, onu harda tikəcəksiniz? Fəzada?


Mənbə: sportinfo.az

 

Oxşar xəbərlər

Xəbər lenti

24 Fevral 2020
19:54

1xBet ən yaxşı idman mərc platforması olaraq seçilib

18:06

Azərbaycanlı məşqçi İspaniyada biznes qurdu

17:01

Eden Hazard "AVRO-2020"dən kənarda qala bilər

16:49

Dünya çempionumuz karyerasını 28 yaşında bitirdi

15:42

Qurban Qurbanov Rayan Giqqzlə görüşdü

15:14

Qərb zonası üzrə yarışların ilkin mərhələsi başa çatdı - FOTOLAR

14:40

Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

14:34

Rayan Giqqz “Tofiq Bəhramov” və “Azərsun Arena”da - FOTOLAR

14:00

Millidən uzaqlaşdırılan dünya çempionumuza vəzifə verildi

13:09

Ramil Şeydayev: "Yaxşı təklif olsa, başqa qitəyə də gedə bilərəm"

12:57

İlham Əliyevdən Tokio-2020 ilə bağlı sərəncam

12:40

Prezident İqor Ponomaryovu təltif etdi

12:34

İspan futbolçu "Qarabağ"a niyə gəlmədi?

12:07

"Boyum uzun olduğuna görə sevgili tapa bilmirəm" - FOTOLAR

11:55

Sərbəst güləş yığmamız Kislovodska nəyə gedib?

11:29

Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci

11:15

Millimizin forvardı ABŞ-da qələbəyə sevindi

11:09

Rayan Giqqz Bakı bulvarında görüntüləndi - FOTO

11:03

Maksim Medvedev - 300

10:58

Azər oynadı, Rafael Benitesin komandası darmadağın edildi

10:53

Paşayevin komandası uduzdu, bəs özü hanı?

10:46

Millimizin forvardı qələbə gördü

09:57

Abdullah Zubir: "Bu, uşaqlıqdan alışdığım oyun tərzidir"

23 Fevral 2020
22:55

"Fənər" axır ki, "söndürüldü", 21 illik həsrət bitdi

21:14

Qurban Qurbanov: "Bəsit "sarılar" aldıq, daha doğrusu, verdilər"

21:04

"Bu rəy Rəşad Sadıqova olan hörmət və inamdan formalaşıb"

20:47

Ayxan Abbasov: "Qarabağ"a qarşı açıq futbol oynamaq olmaz"

20:08

Rahid Əmirquliyev: "Yerli məşqçilərə güvənməyin vaxtıdı"

19:13

Mahir qol vurdu, "qırmızı" aldı, "Qarabağ" uddu

18:53

Jelko Sopiç: “Mənim komandamda yaxşı olanlar oynayır”

18:49

"Səbail"in baş məşqçisi: "Hər iki tərəf 1 xal qazandı"

15:50

Şotlandiya Azərbaycan millisinə 7 qol vurdu

15:14

Mahirin valideynləri bir-birlərini məhkəməyə verdi

15:00

"Qalatasaray"ın Bakıda tutulan rəhbəri: "Mən bahalı həyat yaşamağı sevirəm"

12:33

Azərbaycan çempionatının ən bahalı futbolçusu müəyyənləşdi - SİYAHI

11:36

23 futbolçu göz qamaşdırır - FOTOLAR

11:01

Ronaldonun sevgilisi müsahibə üçün fantastik məbləğ tələb edir

11:00

Ağayev İsveçdə qızıl medal qazandı

10:55

Ronaldo 1000-ə çatdı

10:52

A seriyasının 3 oyunu təxirə salındı - Koronavirusa görə

01:41

“Məni Messi qucaqlayıb, paltarlarımı yumayacam"

01:02

Eddi İsrafilov bu tur nə ilə yadda qaldı?

00:42

Ronaldu Batistutanın uğurunu təkrarladı

00:07

Ağırlıqqaldırma üzrə ölkə birinciliyi yekunlaşdı

00:03

Böyük Dəbilqə: Rüstəm Orucov "bürünc" aldı

22 Fevral 2020
19:59

Meza Kolli: "Mən bilmirəm, AFFA bilir" - MÜSAHİBƏ

19:41

Zaur Həşimov: "Ən pis şey "qara zolağ"a düşməkdi"

19:37

Tərlan Əhmədov: "Pərviz hesabdan asılı olmayaraq meydana çıxacaqdı"

18:35

"Neftçi" Qəbələdə qazandı, "Keşlə" "Zirə"yə toy tutdu - YENİLƏNİB

18:02

Füzuli Məmmədov: "Oyun tam ürəyimcə olmadı"

17:24

Elmar Baxşıyevi əzmkarlıq qane edib

17:12

"Real" istədi, oyunçuya 150 milyon avro qiymət qoyuldu

16:08

İngiltərə nəhəngi kapitansız qaldı

14:02

"Əlacım olsa, Azərbaycanda bir dəqiqə qalmaram" - Təmkin Xəlilzadə

13:22

Böyük Dəbilqə: Cüdoçularımız mübarizəyə başlayır

12:03

"AVRO-2020"nin başlamasına 4 aydan az vaxt qalır - VİDEO

11:10

"Mançester Siti"nin ulduzu "Real"da?

10:13

"Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

08:49

Futbolçunun model bacısı gözəlliyi ilə göz oxşayır - FOTOLAR

00:50

"Real" hücumçusunun taleyi ilə bağlı qərar verdi

00:34

Nazarov bu tur necə oynadı?

21 Fevral 2020
21:14

Saxtalaşdırılan Azərbaycan millisi - Dosyeyə bax, AFFA!

20:48

"Neftçi" "Turan"a, "Kəpəz" "Sumqayıt"a uduzdu

20:36

Fransalı ulduz "Fənərbaxça"dan getdi - RƏSMİ

20:19

Almeyda komandasını "Prezident Kuboku"nun yarımfinalına çıxartdı

19:01

Milli komanda başsız qaldı

17:25

Azərbaycanlı futbolçu Estoniya klubunda

16:44

AFFA iki milli komandanın baş məşqçisini açıqladı

16:08

Xaymenin qardaşı "Qarabağ"da belə dubl etdi - VİDEO

16:06

19 yaşlı futbolçu Çempionlar Liqasının ən yaxşısı oldu

Facebookdan bizi izləməyi unutmayın.